www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

     Xarici işlər nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xəzər Ibrahim gənc, yaraşıqlı, yaşından bir az yaşlı görsənsə də, normal oğlandı.
    

     Yeri gəlmişkən, Azərbaycana səfərə gəlmiş Iran Islam Respublikasının Şura Məclisinin sədri Həddad Adil də zahid və mömin adama oxşayır, fikirlərini Azərbaycan xalqı ilə bölüşməkdən məmnunluq duyur. Hiss olunur ki, o da normal adamdı. Iranın müsəlman qardaşlarının torpaqlarını işğal eləmiş Ermənistanla sıcaq siyasi-iqtisadi əlaqələr qurması da, hərbi əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyan müqavilə hazırlaması da qayət normaldı. Hərbi əməkdaşlıq məsələsini Tehran bəlkə də lap bizim xeyrimizə düşünüb. Həddad ağa təxminən elə belə də deyir: “Biz birmənalı şəkildə bildirmişik ki, Ermənistanla olan əlaqələrimizi heç vaxt Azərbaycana qarşı istifadə etməyəcəyik”. Bu bəyanın şərhi belədi ki, Erəmənistan hərbi cəhətdən qüdrətlənsə də, bundan Azərbaycana qarşı istifadə olunmayacaq. Məsələn, Azərbaycanla Ermənistan davaya başlasalar, ermənilər öz silahlarını bizə sarı yox, göyə - ulduza-aya tuşlayıb atəş açacaqlar. Bu da Azərbaycanın birmənalı qələbəsi olacaq. Bəs Iran nədən bizim tərəfimizdədi? Çünki “Iran hər zaman zülmə qarşı olub”, çünki “Iran yalnız ədalətin bərqərar olması üçün çalışır”, çünki “Iran heç vaxt heç bir millətə qarşı amansızlıq və ya zülm nümayiş etdirməyib” - təbii ki, millət deyəndə Həddad ağa türkləri nəzərdə tutmur.
     Tehranı gəzib-dolaşdıq, yenə də qayıdaq XIN-ə, yəni Xəzər Ibrahimin Normallığı məsələsinə...
     ABŞ-dakı səfirimiz Yaşar Əliyev Dövlət Departamentinə çağırılıb və dövlət katibinin müavini Daniel Frid müəllim onu bir balaca danlayıb. Deyib ki, qardaş, day bu qədər də yox da! Biz ölkənizdə demokratiyanın bərqərar olmasını istəməsək də, axı demokratların bir sinif kimi tam məhv olmasını da istəmirik. Ancaq siz qılıncı əlinizə alıb bir ucdan çapırsınız. Adımız var, sanımız var. El-aləmi bizə güldürməkmi istəyirsiniz? Hampalar bizə nə deyər? Məsələn Bin Laden deməzmi ki, siz beləmi “Azadlığın beşiyisiniz?”, “beləmi demokratiyanın himayəçisisiniz?”. Belə getsə, ölkənizdə müxalifət adına bir nəfərin qalmadığını görən Azərbaycan xalqı Bin Ladenin tərəfinə keçsə, neynəyəcəyik? Demokratiyanı məhv eləyirsiniz-eləyirsiniz, heç olmasa, barmaqsayı 5-6 nəfər toxumluq demokrat saxlayın ki, bizə Azərbaycanda hələ də inanan, ümid bəsləyən canlı olsun.
     Əlqərəz, Daniel Fridin Yaşar müəllimlə bu söhbətini təfsir eləyən Xəzər bəy məsələni “çox normal” deyə dəyərləndirib. Yəni Xarici işlər sözçüsü milləti başa salmağa çalışıb ki, a balam, burda qeyri-adi nə var ki? Əli Həsənovun təbiriycə desək, biz Azərbaycan mentalitetli, Qafqaz temperamentliyik. Qızğınıq. Çılğınıq. Hətta aktrisa-müğənni Məleykə xanım da deyir ki, “çılğınam”.  Hökumətimizdə hətta türk mənşəli məmurlar da olduğundan hakimiyyət də bir növ temperamentlidi. Hisslərini cilovlaya bilmir. Enn Dersi xanım əbəs yerə demədi ki, Azərbaycan dünyada “jurnalistləri həbs etdirən (xanım Enn Dersi bu hissəni ayırd eləyə bilmir - həbs elətdirmək türklərə məxsus deyil, türk yalnız döyə və ya öldürə bilər - red.) və döyən ölkə kimi tanınıb”. Səfir deyir ki, biz yalnız mediaya tam müstəqil şərait yaratmaqla regionda lider dövlət ola bilərik. Yox, Enn xanım, məgər siz bizim prezidentin sözlərinə inanmırsız? Biz elə lider dövlətik. Buna da müstəqil media ilə deyil, YAP-ın Azərbaycana gətirdiyi qoçuluq və əzələ mədəniyyətimizlə nail olmuşuq. Biz Dağlıq Qarabağı da yağı düşməndən öz zəhmimiz, öz əzələlərimizlə geri ala bilmişik. Frid müəllim dedi, biz də eşitdik. Bundan normal nə ola bilər ki? Sadəcə Frid müəllim bir az huşsuzdu, unutqandı deyə, biz hər dəfə belə addımlarından sonra ona Əli əkənin sözlərini xatırladırıq, o da toxdayıb oturur.
     Teymur əmi demişkə: “Qəti qorxusu yoxdu!”


Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Noyabr 25, 2007 14:17 | Publisistika | Şərhlər(0) | Baxış sayı: 96

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha