www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

Tanrının görklərinə inanın!


O, Allahın oğlu deyil. Məsih də deyil. Iuda xalqına göndərilmiş çar olmadığı da aydındı. Azərbaycan da Roma imperiyasının bir prefekti və ya müstəmləkəsi deyil. O, olsa-olsa, bir haqqa tutqulu, azad söz carçısı, demokratiya vurğunu və Tanrısını sevən adi bir bəşərdi. Sadəcə, hadisələrin zaman-zaman eyni ssenarilə, eyni anlamla təkrarlanması var. Bu da o məntiqdən doğur ki, insan övladı, insan övladlarının başında duranlar, taxt sahibləri, baş kahinlər hansı zamanda olmasına rəğmən seçim qarşısında həmişə eyni cür reaksiya verirlər. Bəzi başqa üst-üstə düşmələr də var ki, bu zəruri təsadüfləri də Uca Yaradan hər səfər eyni cür təkrar eləyir, bir daha sınağa çəkir; bir daha günahkar bəndələrinin suçlu yaddaşlarını yoxlamadan keçirir. Onunçün də hər şey bu qədər xırdalığına qədər oxşar görükür.

...O vaxt da hadisə bayram ərəfəsinə düşmüşdü. Bu dəfə də bayram öncəsiydi. Hətta Isa Məsihin bir neçə saat o yan-bu yana mövlud günüydü belə! Artıq həmin günün kimin doğum günü olması həmin gün bizdə baş verənlərlə Məsihin başına gələnlər arasında paralellər olduğuna ilk işarələr verirdi...
Isa peyğəmbəri dindirəndən, sorğu-sual eləyəndən, ən nəhayət söhbətlərə baş vurandan sonra Roma prokuratoru Ponti Pilatın ürəyində bu adamın cinayətkar olmasına şübhələr yarandı, bir az daha dərin müşahidələrdən sonra isə onda nəsə qeyri-adiliklər sezdi və onun tələb olunan cəzanı haqq etmədiyinə əmin oldu. Bu vaxt üzünü “çarmıx-çarmıx” qışqıran gözü qızmış kütləyə, kütlənin hikkəsinə körük verən baş kahinlərə tutub dedi: “Bilirsiniz ki, hər il bu vaxt bayram münasibətilə mən bir cinayətkarı ƏFV eləyirəm...” (Məqamı çatmışkən bir kiçik haşiyə çıxım: eyni günlərdə bizdə də ƏFV söhbətləri gedir. Şəxsən mən bu gün-sabah veriləcək əfvin məzmununu 1974 il bundan əvvəl çıxarılmış qansız hökmdən artıq humanist olacağına inanmıram... Çünki artıq bir ƏFV olayı baş verib və elə mən də sizə bu hadisədən söz açıram!)
Ponti Pilat sözünə davam elədi: “Indi seçimi sizə düşür - sizin çarı buraxım, yoxsa yolkəsən (müasir dillə desək, ”reket" - P.) Varavvanı? Deyin!"
Baş kahinlər “Çarmıx! Çarmıx!” deyə qışqırdılar. Onda Pilat dedi: “Günah məndən getdi”. Varavvanı azad elədilər. Al qanına qərq olmuş Isa yalvarmadan-yaxarmadan, sızıldamadan hökmü qəbul elədi.
Həmin gün Bakıda iki məhkəmə gedirdi. Iki jurnalist eyni vaxtda hakim qarşısına çıxmışdı. Biri Mətbuat Şurasının REKET elan elədiyi və bu mövzuda əvvəllər də mühakimə olunmuş Nazim Quliyev, o biri isə sadəcə xalqının haqq və hüzur içində yaşaması üçün çarpışan, rüşvətxorluğa qarşı savaş açan (Isa Məsih də rüşvətxor vergiyığanları qamçılayırdı) Qənimət Zahid...
Həmin gün hakim qəfəsi açıb birincini azadlığa buraxdı, “Azadlıq” isə Qənimətsiz qaldı - tarix eyni, prototiplər eyni, Qənimətlə eyni cəbhədən olan yaraşıqlı Iuda eyni, seçimlər eyni.
Hələ Isanın mühakiməsi başa çatmamış Pilatın qadını xidmətçisini göndərib ərindən hökm verəndə ehtiyatlı olmasını rica elədi və çatdırdı ki, yuxumu qarışıq görmüşəm. Isanın çarmıxından sonra Pilat yuxudaca keçindi, Iuda fəriseylər tərəfdən aldadıldığını, çirkin oyuna qoşulduğunu anlayandan sonra müəmmalı şəkildə bıçaqla deşik-deşik edilib xırıldaya-xırıldaya al qanına qəltan oldu. Eyni günlərdə kiminsə yuxu görüb-görmədiyini, kiminsə aldadıldığını anlayıb-anlamadığını bilmirəm - bircə onu bilirəm ki, paralellər başlayıbsa...
Qənimət məhbəsdən yazıb: “Azadlıq həbs olunmaz! O, sınırsız və sərhədsizdir. Möhkəm, mərd və sarsılmaz olun!”
Pilat isə qərarını verəndən sonra baş kahinlərin qarşısında üzünü Məsihə tutub demişdi: “ECCE HOMO!” Yəni, “Bax, budur əsl INSAN!”


Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Dekabr 29, 2007 2:38 | Publisistika | Şərhlər(0) | Baxış sayı: 102

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha