"HƏR SABAH YAŞAM" - ARTIQ SATIŞDA::::::::::::şərti qiymət - 3 MANAT. ƏLAQƏ TELEFONU: 050 597 05 75.. İÇ-İÇƏ - içi olanların EVİ
Reklam verin!
Azad Soz - Azad ruh

Göyü gəzib dolandım,

Gəldim ki, yerdə yoxam.

Ölüb yerə girirəm

Ki, hələ gorda yoxam.

Davamı...

Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Dekabr 21, 2007 18:18 Yazını "XəbərNamə"yə göndər! | poeziya | Şərhlər(0) | Baxış sayı: 104

Gecəni gözəlcə yuyub gözlərində,

Var gücünlə sıxıb da,

sancaqlayıb asıbsan havadan...

Davamı...

Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Dekabr 21, 2007 18:16 Yazını "XəbərNamə"yə göndər! | poeziya | Şərhlər(0) | Baxış sayı: 105

Saatdan qabaq oyanıb

sübh alaçatıdan,

ləzzətlə gözləyirəm

saatımın başına qapaz salacağım çağı.

Davamı...

Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Dekabr 21, 2007 18:10 Yazını "XəbərNamə"yə göndər! | poeziya | Şərhlər(0) | Baxış sayı: 93

Əvvəl dünyaya

Dörd gözlə baxırdı.

Baxdı...

Baxdı...

Davamı...

Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Dekabr 21, 2007 18:07 Yazını "XəbərNamə"yə göndər! | poeziya | Şərhlər(2) | Baxış sayı: 101

Gül açan vaxtı çəməndə salınız yada məni,
Sizə qurban özüməm, ta sizə qurban nə kəsim?..


     Dincəlsin Azərbaycan şairləri, axır ki, arzularına yetdilər; ağlayıb-ağlayıb Allahın zəhləsini tökdülər və sonunda milli qarğalarımızın da axırına çıxdılar. Indi ürəkləri soyuyar yəqin.

Davamı...

Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Dekabr 21, 2007 15:57 Yazını "XəbərNamə"yə göndər! | Publisistika | Şərhlər(0) | Baxış sayı: 88

Artıq on ilə yaxındı ki, “Təhsil haqqında qanun” müzakirə olunur, redaktələrdən keçir, düzəlişlər edilir, nələrsə pozulur, nələrsə əlavə olunur, qəbul olunmur ki, olunmur. Qəbul sessiyadan sessiyaya, çağırışdan çığırışa ötürülür. Hərənin qanunda öz şəxsi marağı var deyən, nəticə hasilə gəlmir. Qəbul olunası qanunda müzakirələrə xüsusilə səbəb olan bir məsələ də hicablı, baş örtülü qızların təhsil müəssisələrinə buraxılmamasıdı. Axı, biz Avropaya inteqrasiya olunuruq...

Davamı...

Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Dekabr 19, 2007 2:12 Yazını "XəbərNamə"yə göndər! | Publisistika | Şərhlər(0) | Baxış sayı: 85

Aclık ordusu yürüyor
yürüyor ekmeksizləri ekmeye doyurmaq için
hürriyyetsizleri hürriyyətə doyurmak için
aclık ordusu yürüyor
yürüyor ayakları kan içində
Nazim Hikmət


     Millət tamıyla, bütünüylə acdı. Oruc deyil. Oruc niyyətli deyil. Niyyətsiz oruc isə qəbul olmaz. Qənimət Zahid isə ac deyil, ona dəstək verən jurnalistlər də - aclıq eləyənlərdi, aclığı aksiyaya çevirənlərdilər. Ən əsasısa odu ki, onların aksiyasında hədəf var, niyyət var. Onların bir hədəfi var: ac milləti aclıqdan çıxarmaq, azadlığa qovuşdurmaq.

Davamı...

Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Dekabr 16, 2007 0:56 Yazını "XəbərNamə"yə göndər! | Publisistika | Şərhlər(1) | Baxış sayı: 87

 Fəzail Ağamalı siyasətə gəlmək istəyir

Bir az tez deyilmi?
     

     Adamın qulağına hər gün bir məzəli xəbər çatmasa, bağrı çatlar. Vallah, Azərbaycanda adamı dəli olmaqdan saxlayan məhz belə şad, əyləncəli xəbərlərdi. Eşidirsən, bir dodağın qaçır, bir qımışırsan, bir qarnını tutursan ki, qabırğaların qarnının tənik dərisini cırıb bayıra çıxmasın, əlqərəz, bir az eynin, bir az qırışığın açılır, heç olmasa bir saatlığa ölkənin dərdlərini unudub olursan sıradan bir YAPist.

Davamı...

Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Dekabr 14, 2007 23:53 Yazını "XəbərNamə"yə göndər! | Publisistika | Şərhlər(0) | Baxış sayı: 96

Qabaqki yazılar

- Yazını "XəbərNamə"yə göndər! ">tərcümə
- Yazını "XəbərNamə"yə göndər! ">HƏSRƏT BANKI
- Yazını "XəbərNamə"yə göndər! ">etiraf-tövbə
- Yazını "XəbərNamə"yə göndər! ">isti-isti - qaralama
- Yazını "XəbərNamə"yə göndər! ">ANIM
« Əvvəlki səhifə   Yazıların cəmi: 25    Sonrakı səhifə »