www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

Tehran Əlişanoğlu
                                3.05.2007
                                “Bizim əsr”, 28 avqust 1999
                                
                                Avanqard – Ədəbiyyatın çağdaş reallığıdır;
                                avanqardsız ədəbiyyat yerində sayır, yaxud da
                                duruxmuş, özünə dalmışdır və bugün-sabah onu
                                verəsidir. Bizim EQO beləcə, əsrin sonuna qəfil
                                cavab kimi, duruxmuş ədəbiyyatın zamana
                                reaksiyası kimi gəldi.

 İdeyanı Pərviz vermişdi. Hələ “Ədəbi azadlıq”1
                                səhifələrindən imic yaratmağa başlamış gənc bir
                                idealist. Amma o da məlumdur ki, ideya yolunda 
                                həmişə realistlər can qoyur; üstümüzdə Allah
                                var, azadlıq gələli, harda ədəbiyyat azarı –
                                orda bazarı Elçin Hüseynbəyli ideyanın realizə
                                tapması, araya-ortaya gəlməsində hamıdan çox
                                canından oldu; amma eləcə də tez bir zamanda
                                devalvasiyasında; təbii, hansı ideya realizədən
                                axıra qədər sağ çıxıb ki...
                                
                                Əlbəttə, ideya ilkin olaraq çox praqmatik
                                görünürdü. Pərvizin fikrincə, bir halda ki,
                                bizim bəxtimizə bazar dövrünün ədəbiyyatını
                                yaratmaq düşüb, ədəbiyyata, ədəbi əsərə əmtəə
                                kimi də baxmağı bacarmalı, onun ədəbiyyatdan
                                bixəbər qaba müştərilərin diktəsi ilə
                                ucuzlaşmasına heç vəchlə razı olmamalıyıq; bu
                                məmləkətdə az-çox Sözünün dəyərini  bilən
                                kimsələr qalıbsa, bir araya gəlməli, bu müşkülü
                                necə çözmək barədə tədbir tökməlidirlər. EQO
                                belə yarandı; bu tərəfi ilə xeyli irəlilədi;
                                işlədi də, amma elə bu səmtdən də boğuldu...
                                
                                Bizim diyarda əlinə qələm alalı özünə “eqo”
                                deyən nə çox; hətta sonralar ideyanın
                                deformasiyasına istehza niyyətilə, yaxud da
                                ciddən imzasını super-eqo deyə bəzəyənlər də
                                oldu; “məni də birinci yaz” həvəsində EQO-ya
                                növbədə  duranları isə sayırdın, qurtarmırdı.
                                Kimsənin kim oldiuğunu, bir qədər keçir, zaman
                                müəyyən edir, hər halda bu məqamda ürək eləyib,
                                birinci olanlar vardı. Bir az o yandan, bir az
                                bu yandan. Bütöv bir siyahı düzəlmişdi: Rafiq
                                Tağı, Murad Köhnəqala, Salam Sarvan, Orxan
                                Fikrətoğlu, Həmid Herisçi, Qulu Ağsəs, Fəxri
                                Uğurlu, Qurban, Hacı Zamin və əlbəttə: Pərviz,
                                Elçin Hüseynbəyli. Manifest tipli tutarlı bir
                                nizamnamə də tərtibləndi: “EQO Yaradıcılıq
                                Ordeni məzmun, forma, təfəkkür, janr və s.
                                baxımından azad sənətkarları birləşdirən
                                təşkilatdır...” Həqiqətən də, yaşca deyil, bu
                                baxımdan EQO-da azad dövrdə məzənnəyə minmiş
                                imzaları görürük. Sonra çək-çevirlə daha dörd
                                azadlar bura cəm oldu: Böyükkişi Heydərli, Neqə,
                                Nəriman Əbdülrəhmnalı, Mahir Mehdi. Daha sonra
                                əksinə, bircə-bircə, qopma prosesi başlandı...
                                
                                EQO-nun mühitdə avanqard jesti nədən ibarət idi:
                                - ədəbiyyatsızlığa etiraz! Bəs təklifi? Təbii
                                ki, Ədəbiyyat...
                                -----------------
                                1- 1990-cı illərin ortalarında “Azadlıq”
                                qəzetində Pərvizin təşəbbüsü ilə belə bir
                                ədəbiyyat səhifəsi vardı


Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Yanvar 29, 2008 1:13 | ədəbi tənqid | Şərhlər(0) | Baxış sayı: 113

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha