www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

Amerikada çox maraqlı bir hadisə baş verib; bir məhbus qaçmaq qərarına gəlib; mələfələri bir-birinin ucuna düyünləyərək pəncərədən sallayıb və rahatca enməyə başlayıb. Əməliyyat tam incəliyinəcən hazırlanmadığından uğursuzluqla sonuclanıb - "kəndir" yerə 5-6 metr qalmış bitib, adam düşüb yerə və ayağını qırıb. Deyəcəksiniz, noolsun? O olsun ki, adam götürüb verib həbsxana rəisini məhkəməyə ki... niyə o məhbəsdə nəzarəti gərəyincə təşkil eləməyib, mən də qaçanda yıxılıb ayağımı qırmışam?

Bu, ölkədə insan azadlığının vəziyyətini xarakterizə eləmək üçün son dərəcə dəyərli bir nümunədi; azərbaycanlı təfəkkürü üçünsə o qədər həzm edilməz, o qədər məzəli, təəəccüblü və ekzotikdi ki, hələ hardasa intellektual sayılan mətbutımız belə, bu xəbərə özünün SON səhifələrində yer ayırıb - maqazin səhifəsində. Bəli, bir insan azadlıqdan məhrum edilməsinə rəğmən özünü bu qədər azad, tam hüquqlu, hüquq və azadlığına adı kimi əmin və arxayın bilir və eyni dərəcədə məhkəmənin tərəfsizliyinə o dərəcədə əmindi ki, durub cinayət işlədiyi yerdə hələ bir həbsxana rəisini məhkəməyə də verir. Aydındı ki, hətta orta səviyyədən yuxarı bir azərbaycanlının təsəvvüründə bu çaşqınlıq yaratmaya bilməz.

Ancaq elə bilməyin, bizlərdə də belə qeyri-adi hadisələr, polislər demişkən, tərəfimizdən qeydə alınmır. Alınır, əlbəttə alınır. Azərbaycanda necə, nə qədər, hansı ölçüdə alına bilərsə, o qədər də alınır.

Maraqlanırsınız ki, görəsən Azərbaycanda buna bənzər hadisə necə olub. Hövsələniz olsun, nağıl eləyirəm. Deməli, o gün (müsəlmanın "o günü"ndən) bir köhnə tanışımla rastlaşdım. Qanı it qanına dönmüşdü. Hirsindən dodaqlarını gəmirirdi. Elə bircə bunu deyirdi: "Pah atonnan, pah atonnan, qardaş, day dünyanın axırı çatıb, qardaş, bu ölkə dağılmasın neynəsin? Bu millət batmasın, neynəsin? Vallah, qırılmalı millətik, qırılmalı!" Heç cür tanışımı sakit eləyə bilmirdim. Dərdini demədən elə bir ucdan ufuldayır, yeri-göyü lənətləyirdi.

Düzü, ağlıma min cür fikir gəldi. Təbii ki, bu məmləkətdə adamın ağlına yaxşı şey gələ bilməz. Düşündüm ki, yəqin dövlətin mənafeyi naminə mülkünü əlindən alıb, öüzünün də şələ-şüpəsini atıblar bayıra, çolma-çocuğuynan bu qışın günündə əsir-yesir qalıb küçələrin umuduna. Sonra fikirləşdim ki, bəlkə də, çıxarmaq istəyiblər, müqavimət göstərib, hələ olsun ki, dövlətimizin qarasına çox da isti olmayan kəlmələr işlədib. Dövlət də bunun cibinə heroindən-zaddan atıb, şərlətdirib. İndi başa salıblar ki, ya sən də "HƏ" deyəcəksən, ya da Mirzə Sakit kimi, Qənimət Zahid kimi əlli-ayaqlı gedəcəksən. "Vah yazıq,- ürəyimdən keçirdim,- Allah heç kəsi bunların toruna düşürməsin, demək, sənin də qanın gedib". Elə bunları fikirləşə-fikirləşə bir də adamın başına gələn qəziyyəni öyrənməyə cəhd eləyib, "axı de görək, nə olub, ay qardaş", soruşdum.

- Noolacaq? - qardaşım da məndən soruşdu, ancaq insafən özü də cavab verdi,- a kişi, day bu falçılar da fırıldaqla məşğuldular, əşşi, day görücülər də hökumət kimi yalanı adamın gözünün içinə deyib kələk gəlirlər. Hökumət deyir, 640 min + bir ədəd iş yeri açılıb, ancaq mən gecə-gündüz dəmir başmaq geyib iş axtarıram, tapa bilmirəm. Başa düşmürəm, bu iş yerləri sirr saxlanılır, ya nədi, heç kim özünə iş tapa bilmir? Hə onu deyirdim axı, deməli, falçıya getmişdim, baxdı, dedi ki, bu il bütün işlərin düzələcək, iş tapacaqsan, varlanacaqsan, yağ-böyrək içində dolanacaqsan. Sevincək şirinliyini verib çıxdım. İl başa çatdı, ancaq dediklərinin biri də düz çıxmadı!!! İndi bilmirəm, neynəyim... İstəyirəm verəm məhkəməyə...

İnanın ki, bu yaxınlarda başqa bir ortaq tanışımdan eşitdim ki, başı dərdli tanışım sonradan həqiqətən də gedib falçını verib məhkəməyə. Nə isə, bundan beləsi istintaq sirridi. Daha yaza bilmərəm...


Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Yanvar 30, 2008 23:47 | Publisistika | Şərhlər(0) | Baxış sayı: 108

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha