Açar sözlər: dəfnəli-şeir
-Günaydin şair. Dəfnə gəldi. Ürəyinizi oddan çıxarmağa...
"Dəfnəli şeir-2" Nə gözəl... Həm ovuc içi boyda şerə neçə person sığışıb: - div, qonaq, Tural, Qazan xan, bir "mən", bir də şairin ürəyi... Xəbərdar edim ki, divlər qaranlıq dünyanın varlıqlaridi. İşığa gələrlər, işıq gətirməzlər... P.S. Bu arada Qan Turalınin "Dörd adam"ını oxudum. Dostunuzun köşələrində qərəzmi, qəzəbmi deyim, bəzən aşırı olurdu. Ama "dörd adam" sadəcə ləzzət elədi.
"Namussuz ər"i neçə kərə oxudum. Tam boyumuza biçilmiş bir yazıdı. Sizi alişdirmamaq üçün tərif yazmaq istəmirəm. Həm də ona görə ki - ağlamaq-ağlamaq istəyirəm. Zar-zar. Bu gün üçün də, sabah üçün də! Özü də bu sualın cavabını tapa biləcəyimiz sabahlara qədər: "Ay Allah, bu vicdansız, bu namussuz insan yığınlarıyla eyni torpaqda, eyni millət adıyla doğulmaq, qaranlıq sabahlardan başqa heç nəyə bəslənilməyəcək ümidlər bizəmi qalmışdı?.."
"Mübarizlə hin itaətsizliyi"nə gəlincə... -Fəryadım bezdirdi kəndi Bu dünya hazır kəfəndi. Buyur, ay insan əfəndi, bu məni daşlamaq gərək. Hələ ki daşlamıram. Çünki belə bir sığortanız var: - bu hekayəni tələm-tələsik köşəyə verdim. Yarımçıqdı, üzərində yenidən işləməliyəm... Daşlar ətəyimdədi. Siz də yarımçıqlarınızı başa çatdırın.
Salam dostlar! "Dəfnəli şeir"in öz versiyamdakı trikvelini təqdim edirəm xalqın müzakirəsinə: Dəfnəli şeir - 3 Ürəyim ayqrılıq anına qurulub Və geri sayımın da puçu burulub Amma vaxtı çatanda bomba kimi partlayıb Məni də, Səni də, Bizi də, Onları da... Qurtarmayacaq! Zəngli saat kimi zırıldayıb, zəhləmi aparacaq! Tanıyıram da bu andırı!
Vüsal bəy, öz bloqunuzda dəfnənin əlindən qaçirdiniz, gəlib burda şer qoşduz??? Trikveliniz səmimi deyil, ironiyalı kimi göründüyü üçün qəbul etmədim. Şer həsr eləməyə digərini tapın. P.S. Nədən Pərviz bəyin bloquna gələn hər kəsin içində dəfnəyə qarşı bir qıcıq var?
Dəfnə, qıcıq sənə deyil... Sadəcə, sən bilmirsən ki, Pərvizin dostu olmaq xatalıdı... Möhkəm ol! Sən artıq savaşın ön cəbhəsindəsən. Qəzan mübarək!
İndi ki bura cəbhəyə çevrildi onda mən də başlayim. Özü də bir xanimdan. Elnarə xanim, cbox-dakı mənə ünvanlanan mesajlarinizi soyuq başla bir də oxudum. Əvvəla bu bloqa gələn bilir ki Pərvizə qonaq gəlir, qeyrisinə yoxl. Gələnlərin hansi adla gəlməsi deyil, hansı sözü deməsi önəmli olmalıdır. Çünki SÖZ onu deyənin içini göstərir. Bu bloqu YAP-ın sıralarına qəbul məntəqəsi ilə dəyişik salırsız. Orda adamlarin dəqiq adları və kimlik göstəriciləri tələb olunur. Durar yerdə "öd zəhəri", "mədəaltı vəz", "canıyla əlləşəcək", "şəkərli diabet", "insulin çatışmazlığı", "xətir, əsəb, xəstəlik" və s. kimi söz və ifadələri işlətmək hansi məntiqə sığır - bir türlü anlamadım. Həm də, özün qonaq gəldiyin yerdə (ev yiyəsinin dostu olsan belə) (içinin qıcığını göstərən) bu sözləri başqa bir qonağa qarşı yönəltmək etik çərçivələri aşır. İÇinizdəki sözün "mustafası" nədirsə, açıq deyin, eşitməyə hazıram.
Canım ay Bizimkilər!!! Bir neçə həftə əvvəl Michael Bay-in məşhur "Transformers" filminə baxanda ağlıma da gəlməzdi ki, belə transformasiyalar həyatda da olurmuş. Dünən mən 8-ci şərhi "Dəfnə" adıyla oxumuşdum; bu gün baxıram, "Qonaq" adıyla yazılıb. Əgər içkiyə tövbə etməsəydim, deyərdim, bəlkə dünən yaxşıca vurmuşdum, ona görə... amma indi bu, keçmir, ayrı versiya tapmaq lazımdır. Bir versiyanı çatda Qonaq özü yazıb ki, guya çaşaraq, adını səhvən "Dəfnə" qeyd edibmiş. Yaxşı, elə həmin çatda da bir qədər eyni şərhə "Dəfnə" adıyla sahib durulub axı! Belə çıxır ki, Qonaq iki dəfə ayrı-ayrı yerlərdə "çaşaraq", adını "Dəfnə" yazıb ki, bu da inandırıcı deyil. Ona görə keçirik ikinci versiyaya. Qonaqla Dəfnənin eyni insan olduqlarını anlamaq üçün əslində böyük analitik olmağa gərək yox. Bunu üstündə indi xüsusu dayanmayacağam, amma istəyən olsa, fikrimi əsaslandırmağa hazıram. İndi isə ricətlərə nöqtə qoyuban, keçirəm mətləbə. Mən bu bloqun daimi oxucusuyam. Düzdür, davamlı şərh yazmıram, amma yazıları da, şərhləri də həmişə oxuyuram. İki gün əvvəl Cbox-da Elnarə xanımın Qonaq-Dəfnəyə yazdığı çox sərt, acı və tikanlı sözlərdən mən də bir qədər ürpənmişdim, düzü. Ona görə ki, səbəbsiz idi bütün bu şiddət. Həm də çox aşırı və mədəni çərçivədən kənar. Bu halda nə etmək olardı? Sadəcə, Elnarə xanımdan soruşmaq gərəkirdi ki, mərhəmətli qadın, nə hiddət, bu cəlal? Nədir bu aqressiyanın səbəbi? Amma nə edildi? Əvvəlcə heç nə. Sonra Dəfnə durub yazır: "Niyə burada mənə qarşı bir qıcıq var? " Daha sonra dostumuz Pərviz cavab verir: "Sən artıq savaşın ön cəbhəsindəsən. Qəzan mübarək!" Fətəbərəkəllahü-əhsənil-xaliqin! Nəyə qarşıdır sizin qəzavat, dostlar? İki xanım bir-birilə virtual didişməyə çıxıblarsa, bu, "ön cəbhə"mi, "qəzavat"mı sayılmalıdır? Sadəcə, Dəfnəylə Elnarənin münasibətini mediativ qaydada aydınlaşdırmaq lazımdır, şüttamam! Bu da əgər kiminçünsə problemdirsə... Şəxsən mənə problem deyil. Mənim problem kimi gördüyüm ayrı məslədir. 5-6 savadlı insan bir yerdə toplaşsırsa, maraqlı fikir mübadiləsi etmək mümkündür. Bir yazarın bloqunda bu, məsələn, ədəbi diskurs ola bilər. Onun yerinə burada baş verənlərə baxın! Az qala şerlok holmsluq etməyə başlamışıq. Pərvizlə Dəfnə dostdur - Allah başacan eləsin, istəməyən qlaukomaya tutulsun! Daha QƏZAVAT nəyə lazım, ÖN CƏBHƏ kimə gərək? Doğrudanmı, rahatca, sakitcə dostluq eləmək olmaz? Heç olmasa ayrıca götürülmüş bir bloqun çərmivəsində.... P.S. Pərviz, ümidliyəm ki, bu şərh silinməyəcək. Əgər silsən, "Arsen Lüpen" adıyla təzədən yazacağam.
ƏZİZİM VÜSAL! SƏNİN DƏ QƏZAN MÜBARƏK! QƏZANIN HAMISI MÜBARƏKDİ. BİZ HAMIMIZ MƏMLƏKƏTİMİZ DƏ DAXİL OLMAQLA QƏZAYA UĞRAMIŞIQ. HƏRƏNİN ÖMRÜNDƏ HEÇ OLMASA, BİR QƏZA VAR... hƏRƏ ÖZ QƏZASINI MÜBARƏK SAYIR. MƏSƏLƏN, SƏNƏ VƏ YA MƏNƏ KİMSƏ QALXIB HAÇANSA ÇOX DƏYƏRSİZ VƏ UCUZ BİR QƏZAYA UĞRADIĞIMIZI XATIRLATMAĞA ÇALIŞSA... BİZ VAR GÜCÜMÜZLƏ O QƏZANIN ELƏ-BELƏ OLMADIĞINA İNANDIRMAĞA ÇALIŞACAĞIQ. İNDİ KİM HAQLIDI, GƏL SÜBUT ELƏ DƏ... BƏLKƏ DƏ SƏN QONAQLA DƏFNƏNİN BİR ADAM OLDUĞUNU DEYƏNDƏ HAQLISAN. KİM BİLİR... "İÇ-İÇƏ"də MƏN BİR ADAMIN DÖRD QATINI YAZA BİLMİŞƏM. BƏLKƏ DƏ BU, 4 DEYİL, 14-DÜ. HƏR ŞEY MÜMKÜNDÜ. ANCAQ SƏN BELƏ ŞEYLƏRLƏ GÖZƏL BAŞINI O QƏDƏR DƏ YORMA. ONDANSA BİR ŞƏRH YAZARDIN, ADAMLARA, ƏSLİNDƏ NƏ YAPMAQ GƏRƏKDİYİNİ ÖZ NÜMUNƏNDƏ GÖSTƏRƏRDİN, DAHA TƏNQİD ELƏDİYİNİ TƏNQİD ELƏDİYİN FORMADA YAPMAZDIN. YƏNİ SƏNİN BU ARAŞDIRMAN ELƏ O DARTIŞMALARA OXŞAYIR. QƏNİMƏT DEMİŞKƏN, AXILLI OL! (zarafat) GƏLİŞİNİ GÖZLƏYƏCƏM VƏ VAXTIM OLDUQCA SƏNƏ "BELƏ BAX..."acam. təşəkkürlər!
Salam dostlar. Yaxşı ki iş açıldı deyirem. Elnare bacım 100-de 100 seni destekleyirem. Eger bu dediklerin defne-yedirse azdir. Onun bütün yarpaqlarini yolmax lazımdır. Budaqlarini sindırmax lazımdı. Yaxşıca küsüb getmişdi ye neye qayitdi bilmirem. Belke de sen qonağı taniyirsan. Bilirsen bu sözleri niye demek lazımdı. Beledise özünüz araşdırın. Amma lazım olsam her vaxt yanındayam. Ay Vüsal ya da Arsen Lümpen. Yazdığın axirinci cümleni oxuyan başa düşür ne meseledi. Analitik zad da olmax lazim deyil. Sen Pervizin şerhlerin pozursan o da senin yazdıxlarini pozub. Pervizin bütün yazdixlarin oxuyursan dediyine göre. Bes güclü yazilarina niye bir söz yazmirsan? İndi ki siz dost bloqlar ididniz-bunu qorumax lazimdi ye. Seni de Pervizi de geşeng bir çay süfresine devet eliyirem-sizi barişdiracam. Ama sen iqtidarsan axı biznen çay içersen?
ZULYA, mən Vüsalın şərhini pozmamışam, nə yazıbsa, gözünün qabağındadı. Bəs, Dəfnə, niyə sizdə qıcıq doğurur, yazmazsan? Heç anlamıram. Sizin kimi onu da virtual tanıyıram. Şərhləri xoşuma gəlir.
Zulya, niyə? Ay Allahın gözəl bəndəsi, niyə yolub – sındırmaq istəyilə alışıb yanırsan? Heç dəfnə görmüsən? Sevgi dolu bir baxışla ona baxmısan? Ama İÇ-ində sevgi olmayanin baxışında hardan olacaqmış?! Yaza çıxan ilanin qabığı kimi, utancaqliq kompleksimi ata bilsəydim, elə bu gün gedibşəxsi kimliyimdə atam qoyan adımıin yerinə Dəfnə yazdırardım. Axı neynəyim ki, bu sevdali yurdumuzun işğal altında qalan və işğal olunmayan torpaqlarindan bircə qarışı mənim qismətimə düşməyib. Belə şansım olan kimi, virtual aləmdə yaratdığım dəfnəni həyətimə köçürəcəm. Sizin də gözləriniz döyənəkdən, qəlbiniz qisqanclıqdan qurtulacaq. Zatən burda əkdiyim dəfnə kol olmaq istlmirdi, bir boy daha qalxdı, ama ağaca da çevrill bilmlyib. Deyirsiz ki küsüb getmişdi. Yox, xanim, keçən dəfəki gəlişiniz elə parlaq oldu ki, gözlərim qamaşdi və qala bilmədim. İndi getməyi düşünmürəm. Kimsədən dayaq və kömək də ummuram. Sizə balaca bir xəbərdarlıq edim – belə çox işıq, güclü gərginlik gətirməyin- bütün cihazları yandırarsiz. Bloq olar qaranlıq bir məkan, qaranlıq məkan da divlərin məskəni. Bunun mavı gözlü ağ divə nə qədər dəxli var-özü desin... Gəlin, hamınız yığılıb glin, balta, bağban qayşısı, bıçaq zad da gərək deyil- ustufca qanırmaq kifayətdi ki dəfnə sınsın. Çırmalanib gəlin yolmağa, sindırmağa, lap kökünü baltalamağa… Ama – Она не всем доступна! Bu kiçik xəbərdarlığı doğma dilimizdə yerinə düşəcək sözlərlə səlis tərcümə etmək zəhmətini EV YİYƏSİnə verək...
Bayraqdar demişkən – AY MİLLƏT! Vallah bu hal çox ağrılıdır. Həm ağırdır həm də ağrılı... Rəhmətlik Mirzə Cəlilin keçən əsrin əvvəllərində yazdığı “Anamın kitabı”ndakı halımız bugünədək dəyişməyib. Bir ailənin başqa dillərdə danışan üç övladı... Bu günkü yerli mətbuata bir ailə kimi baxanda iki qütb görürük – iqtidar və müxalifət dilində danışan mətbuat. (İzləyə bildiyim qədərilə neytral mətbu orqanı görmədim). Bu mətbuat ailəsi çərçivəsində dost ola biləcəyinə inanırsan. Və inandığın yerdəcə yanılırsan. Dost sandğın adamların inciklikləri, sətiralti və sətirüstü sözləri... çox, həm də çooooxxx ağrılıdır. Bu iandığın və yanıldığın yerdən ruhunda bir çapıq daha yaranır. Bu çapıq Aqilin köksündki yarıqdan az ağritmir. Odur ki, birgə çay süfrəsinin yaxşı təklif olduğunu etiraf edirəm. Nə iqtidarın, nə müxalifətin olmayan neytral bir künc tapsaydiq bir yerə yığışardıq...
Salam Pərviz. Heç gözləməzdim. Bu sualını dəfnəni müdafiə etməyə hazirliq kimi başa düşdüm. Cavab verməyəcəm. Çay süfrəsin də şer qoşduğun düzəldər.
Salam dostlar, salam ey milləti-qəyyur! Xüsusi salamlar, ZULYA! ZULYA, rəsmən bəyan edirəm: bu gündən bu bloqda mənim ən böyük favoritim sənsən! Sənin "Hərəyə bir ağac kəsək, özü də Dəfnə olsun" kampaniyana tam dəstək verirəm. Bütün şərhlərini ləzzətlə oxuyuram və BMT Baş Məclisində lehinə səs verməyə hazıram. Dünənki şərhinin lotuyanalığı "osobı" ləzzət elədi. Bax, varam buna! Bilmirəm, sənin Dəfnəyə qarşı aqressivliyin nədən doğur, amma öz motivlərimi açıqlamağa hazıram. Şəxsən mən Psevdofəlsəfi, Psevdoədəbi, Psevdoduyğusal şərhlərdən qıcıqlanıram. Yaaa, gözünzü sevəyim, özünü zorla duyğusallaşdırıb, sovet şairləri kimi dalğın hallara daldırıb, söz oynatmaqla anlam bulmaq çabalarına nə hacət? *** Sitat: "...Seni de Pervizi de geşeng bir çay süfresine devet eliyirem-sizi barişdiracam. Ama sen iqtidarsan axı biznen çay içersen?.." ZULYA, sən yaxşı bir çay dəmlə (kəkotulu olsun, yanında da mürəbbə), gəlməyən qurumsaqdır! Amma görək də, kim sözündən qaçacaq. *** Salam, Pərviz, Мастер без Маргариты!!! Sitat: "HƏRƏNİN ÖMRÜNDƏ HEÇ OLMASA, BİR QƏZA VAR... hƏRƏ ÖZ QƏZASINI MÜBARƏK SAYIR. MƏSƏLƏN, SƏNƏ VƏ YA MƏNƏ KİMSƏ QALXIB HAÇANSA ÇOX DƏYƏRSİZ VƏ UCUZ BİR QƏZAYA UĞRADIĞIMIZI XATIRLATMAĞA ÇALIŞSA... BİZ VAR GÜCÜMÜZLƏ O QƏZANIN ELƏ-BELƏ OLMADIĞINA İNANDIRMAĞA ÇALIŞACAĞIQ. İNDİ KİM HAQLIDI, GƏL SÜBUT ELƏ DƏ..." Atalar nə deyiblər - "Arifə bir SMS..." Pərvizcim, daşı hansı bostana atdığını göydə tutdum. Amma o bostanlara təzədən girmək arzum yoxdur. Deməyiblərmi "Bu gün ayın üçüdür, girmə, bostan içidir"... Deyiblər! Pərvizcim, səmimi hesab edirəm ki, həyatımda bir ağır qəza olub. O da bu lənət olası dünyaya gəlişimdir. Bu qəzanı da özüm törətməmişəm.
Vüsal şay süfrəsini sizi barışdirmaq üçün dedim. Ama indi mən də burani baykot edib sizə gəlirəm. Çay vermək də sənə düşər.
Vannadakı su dözür bizə şap-şap... Ayaqlarım döşəməyə düşür bir-bir tap-tap... Aramızda ehtiras dalğası saçlarımdan uzun sap-sap... Mən müxalifət, sən iqtidar, ölürük bir-birimizçin məsələn... XAP-XAP, YAP-YAP... ************** Bunu bura yazdım...niyə yazdım? Ona görə ki, məncə şəxsi münasibətlərdə iqtidar-müxalifət məsələləri tam arxa plana keçir...hətta əriyib yox olur... Həm də yazdım ki. bir az rus demişkən, "rasslabitsya" olasınız... Barışın...çay məndən olsun lap...olar? ___________
Salam, Cavidan xanım. Şeirinə ürəkdolusu bir "5". Təbriklər. İqtidar-müxalifət məsələsinə qalanda, mən əbədi müxalifədə olacaq adamam. Mən mənim bütün hüquqlarımı və ya hüquqlarımın bir hissəsini mənimsəmiş istənilən iqtidara müxalifətdəyəm. Bu xüsusda Vüsalla problemim yoxdu və biz küsməmişik də barışaq. Sadəcə Vüsal bir balaca ədəbsizlik və hörmətsizlik eləyir - bütün bloq ziyarətçilərinə. Misal üçün onun "Sizin sorular" yazısına yazdığı şərhin girişinə bir fikir ver: "Salam, ey milləti-QƏHrəman!" Görəsən Vüsal nə vaxtdan qəhrəman sözünün bu formada yazıldığını kəşf edib. Bu cür salamı qonağından eşitməyə sən özün necəsən? Ama sənin çayından kim boyun qaçıra bilər ki... Ancaq deyəsən bu çay bizi aparmaq üzrədir...
Salam Cavidan xanım! Salam Pərviz! Əvvəla şeirə görə təşəkkür. İkincisi, əgər ədəbsizlik kimi qəbul etdiyiniz bir hərəkətim varsa, üzr istəyirəm. Hərçənd əlimi ürəyimin üstünə qoyub deyirəm ki, heç bir pis niyyətim olmayıb. Konfrontasiyanı xoşlayan adam deyiləm. Pərvizlə küsülüyüm yoxdur. Amma düznü deyim ki, yaxşı bir çay içmək xətrinə küsməyə də hazıram. Çoxdandır maraqlı çar süfrələrində olmamışam. Pərvizin dünyagörüşüylə razı deyiləmsə, bu, başqa məsələdir. Normal və təbiidir. Amma bütün mübahisələrin qəbul olunmuş çərçivələrdə getməsinə tərəfdaram (Bu baxımdan, Pərviz, həmin şərhi silə də bilərsən, hətta silməyinə israr edirəm - bir halda, hörmətszlik kimi yozulursa). İnsanın özü də dəyişə bilər (hətta dəyişməlidir), fikri də, iş yeri də... - çox şey. Bircə mahiyyəti dəyişmir və dəyişməməlidir. 7 il əvvəl idi deyəsən, bir introvert dostum mənə bağışladığı kitabın titul səhifəsinə belə yazmışdı: "Sən gözəl adamsan. Mən sənə inanıram". Bircə onu deyə bilərəm ki, bütün ömrüm boyu məni "gözəl adam" sayanların hamısının inamını döğrultmaq üçün bacardığımı edəcəyəm. Buna and da içə bilərəm. Vəssalam. Bu, "İntrovert"ə yazdığım sonuncu şərhdir. Eks-travert olmağım gəlir....
BU qeder sherhleri oxuyuuuuub qurtaraaaandaaan sonraaaaa, Deye bilerem ki, sherin qisa da olsa, cox boyukdur. Tebrik edirem. Ugurlu sherdir.
Bezumeç! Dostum! ADAM! Bu qədər də olmaz axı! DEYƏSƏN MƏNİ DƏ ÖZÜN KİMİ DƏLİ ELƏYƏCƏKSƏN! XOŞDU DA! AMA... TÜRKCƏ OLSUN! Sağ ol, qardaşım, sözlərin güc verir İÇ-imə! Əlin-qolun, şeirlerin, İÇ-in var olsun!
Perviz dostum. oxudum defneli sherini. duydum. azdim. sen geldin. elinde defne uzume bir iki defneli shapalaq. oyandim. bashimi yelledim bax bele...
B. dostum. Sən zarafat bil, istərsən. Mən bu şeirə görə səni təbrik eləmək istəyirəm. Niyə? Çünki bu şeir yazılmayıb, doğulub. Burda fakt da, həyat da, bədii hisslər də var. Bu şeirini kopyala özün üçün.
Perviz qardash, bu sheir yazilibsa da, dogulubsa da, ele burda qalacaq. Ona qalsa, onda men cox yerden cox shey copy edim oz bloguma.
B. dostum, deyəsən sən məni düz anlamadın. Mən bloquna kopyala, demədim, yaxşı şeirdi, elə-belə yanaşma, demək istədim və onunçün də kopyala dedim. Bloqunda nəyi qoyub, nəyi qoymamağın sənin əlahiddə səlahiyyətinə daxil olan şeydi. Sənə bir daha uğurlar!