www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

QATLAMA BIÇAQ, DÜZ ADAM,

AZ AĞIR XƏSARƏT...

(yeni şeir)

Qatlama bıçağın düyməsini basdılar,

şax açıldı,

şaqqaşaraq açıldı,

əyri tiyəsini sapladılar onun şax,

dağ gövdəsinə.

Vüqarını əymək,

qürurunu qatlamaq üçün sapladılar.

Sapladılar zəhərli iynə kimi

ağ varaq gövdəsinə.

Köpünü alarıq,- dedilər,- bilərsən,

zəvzəvləmək nədi.

Səsini kəsərik,- dedilər,- bilərsən,

"ağacların kökünü kəsirlər" gəvəzələmək nədi...

Ağ varaq ürəyinin üstündən

ürəyin istəyən deşık açdılar.

Açdılar, ama

Can çıxmadı, can çıxmadı,

bir azcıq qan çıxdı,

bir az da canında soyuqdəyməsi vardı zatən,

o da

ordan çıxdı.

***

"Az ağır xəsarət" maddəsiylə

iş açıb,

sifarişçilər qoca, beli bükülmüş qatlama bıçağı

təqaüdə göndərdilər

və yolladılar bundan belə

Milli Parkda ağac gövdələrinə

"CAN" yazmağa...

Ağaclara qəbir qazmağa...

28 mart, 2008 


Açar sözlər: qatlama-bıçaq 

Yazar: PARVİZ | Tarix: Mart 30, 2008 18:55 | poeziya | Şərhlər(4) | Baxış sayı: 154

Şərhlər

1
an qel yazıb:

Qtlama bicaq..
Duz adam..(duz e .. duz!)
Az agir xesaret..

Mart 30, 2008 20:54
2
an qel yazıb:

he..bir de Perviz!

Mart 30, 2008 20:55
3
Dəfnə yazıb:


Bilmirəm Aqil Bakıdadı ya rayona gedib. Ona bər-bəzəksiz, sadə bir təşəkkür!!!
O gedib cəlladların əlində qalan ağaclarin harayını duymasaydı, qətlə yetən ağacları çəkib yazmasaydı, təklif olunan nələrinsə müqabilində sussaydı və bıçaqlanmasaydı….
Şair næhayət ki tərpənib gözəl bir “yeni şer” yazmayacaqdı...


***


Nə pis ki Milli Parkdakılari qırmağa getdilər…
Nə yaxşı ki Milli Parkda dəfnə ağacı yoxdu…

Mart 31, 2008 12:12
4

Cox gozel. Sevdim bu sheirini de... smile Bu misralarin ise xususi yeri var idi.

və yolladılar bundan belə
Milli Parkda ağac gövdələrinə
"CAN" yazmağa...
Ağaclara qəbir qazmağa... wink

İyun 24, 2008 16:24

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha