Açar sözlər: sizin-sorular
Salam Perviz bey menim size bele bir sualim var "AZADLIQ"sizin ucun ne demekdir sozun her iki menasinda!!!!!!!
Ay Perviz ne oyun cixartmisan?
Cavidanın bloqundakı keçidlərin sirasından buraya keçid alan olubmu? l Bu bir ayrı aləm... (19)
Günlərin birində yoldaşlarin biri mənə yüngülvari hücum çəkdi: -Sən necə fərqli keçidlər eləyə bilirsən? Dünən Hemenqueyi oxumurdun? Bu gün bizimkilərə keçdin? Heç olmazsa bir fərli şey tapdin? Bax, birdən Pərvizi bütləşdirərsən aaaa. 34 yaşlı ziyalı gəncimizin dediklərini eşitdiyim an-damarımdaki qanim beynimə bir topa NİYƏ?! apardı. Bu niyələr indiyədək də partlamış mərmi qəlpələri kimi beynimin künc-bucağına pərçimlənib sizlayir. İndi belə imkan varkən, onun bəzilərini (kiçik bir hissəsini) çixarıb sizə göstərim. 1. Niyə Hemenqueyi oxumaq və ya sevmæk olar, Pərvizi yox? 2. Niyə Pərvizin vətənindəkilər Ernesti oxuyub heyrətlənməlidirlər? 3. Niyə ernestlərin, qabriellərin və daha kimlərin vətənindəkilərə Pərvizin qələminin məhsulunu gedib çatmamalıdır? 4. “Qəbirbazlar”i Pərviz yazsaydı, dahiyanə hekayə olduğunu etiraf eləməyə cəsarətimiz çatardımı? 5. “Öləngi”nin əvvvəllərindəki "AİLƏ – QİR QAZANİ" təsvirini Kafkanin kitabından oxusaydıq bir-birimizə bunun hansini deyərdik - Fərli bir şey tapdin? ya Gör zalım necə ustalıqla yazib? 6. Niyə Kafkani bütləşdirmək olar, ona bənzəməyə çalışmaq olar, Pərvizə yox? 7. Söz vermişdiz ki, “ bütün yeni Azərbaycan yazarlarımızın ədəbiyyatına isə tənqidçilərimiz kimi xarıcı kitabların, yabançı ədəbiyyatın içindən və ya qapısı bayırdan qıfıllanmış odasının şüşəsi rəngarəng nəfəsliyindən baxdığın aydınca görünür. Mən ümid eləyirəm ki, bir gün o qıfıllanmış qapını sənin üzünə açan məhz elə mən olacam.” Haçan ? 8. Bu sorulara öz İÇinizdən gələn səslə yanaşı, yerli yazarlarimizin ümumiləşmiş obrazı olan Pərviz kimi də cavab verə bilərsiz? 9. Deyirdiz ki mənim tənqidlərimdən darılmirsiz, bəs suallarimdan necə? P.S. Suallarimi bura yazdım, ama, “dəfnəli forum” daha doğmaydı -isti quş yuvasi kimi.
Salam dostlar! Dəfnənin suallari prinsipcə Pərvizə yox, hamıya ünvanlanıb. Ona görə də, bəzilərinə cavab vermək riski altına girməyim gəldi. 1. Sual yanlış qoyulub. Kim deyir ki olmaz? Qəfil keçidlərdə də qəribə bir şey yox. Mən eyni zamanda həm Füzulini oxuyub zövq alıram, həm də Milorad Paviçi, yaxud Patrik Züskindi. Eyni zamanda həm Stenli Kubrikin filmlərinə baxıram, həm də Tarantinonun. Əsas olan JANR deyil, əsərin TALANTlI olmasıdır. 2. Heç vaxt Hemenqueyi oxuyanda heyrətlənməmişəm. Əksinə, onun "По ком звонит колокол" romanı mənə çox ağır və bezikdirici gəldi. Hemenqueyin şah əsəri mənə görə, "Qoca və dəniz"dir. Çünki orada çox işıqlı bir fəlsəfə var, lap adamın "içi işıqlanır". Təhkiyəsi və süjeti də sadə, gözəldir. 3. Kafka, Markes - bunlar yeni epoxanın əsasını qoyan insanlardır. Onlar ədəbiyyata yeni düşüncə tərzi gətiriblər. Kafkanın janrında minlərlə yazar ola bilər, amma heç kim onun səviyyəsinə yüksəlməyəcək - çünki onlar artıq açılmış cığırla gedənlərdir. Kafka yazanda düşünmürdü ki, "mənim janrım postmodernizimdir", yaxud "simvolizmdir", "abstraksionizmdir"... O, sadəcə yazırdı, vəssalam! Cığırla gedənlər isə özlərini janrın çərçivəsinə sığışdırmağa çalışırlar. Ona görə janrın PİONERini oxuyanlar onun davamçılarına elə də maraq göstərmirlər. Digər tərəfdən, Pərvizin xaricdə oxunması üçün onu öncə tərcümə eləmək lazımdır. Tərcümə edilsə, bəlkə də oxunar. Məsələn, www.vavilon.ru saytında Aqşinin bəzi şeirləri tərcümə edilib qoyulmuşdu, çox gözəl də oxunurdu. Və bir də bu var ki, Pərvizin yazdığı "hamı üçün ədəbiyyat" deyil. Onun ancaq məhdud auditoriyası ola bilər. 4. Gi dö Mopassan klassik hekayə janrının ustasıdır. Öz janrında nəhəngdir. "Qəbirbazlar" - sarkastik janrda yazılmış süjetli hekayədir. Pərviz isə postmodern janrda, abstraksionizmə yaxın süjetsiz hekayələr yazır. Ona görə, sualın qoyuluşu səhvdir. Təxminən buna oxşayır: "Şerlok Holmsu Molla Pənah Vaqif yazsa, onu bəyənərdiniz"? 5. Tamadanın ailə haqdakı dediyiniz fikri məncə, "Öləngi"nin ən dəyərli abzasıdır. Onu Kafka yaza bilməzdi - çünki bu, yalnız Azərbaycan dilinin semantikası daxilində qurulmuş bədii konstruksiyadır. Başqa xalqlar ailəyə "ocaq" demirlər. Ona görə də ayrı dildə həmin fikir - yəni ailə-ocaqda yanmaq metaforası yazıla bilməzdi. 6. Yazarı bütləşdirmək anormal haldır. Yazarı sevmək və yazdığından zövq almaq olar. Mən, məsələn, Mixail Bulqakovu, İlf və Petrovu dəlicəsinə sevirəm, yazdıqlarını az qala əzbər bilirəm, yenə də hər dəfə oxuyanda zövq alıram, amma heç birini bütləşdirmirəm. Niyə kimisə bütləşdirməliyik ki? Qalan suallar ancaq Pərvizin özünə aid olduğu üçün toxunmağa haqqım yoxdur. Amma sizə, Dəfnə xanım, bir sualım var. Sizcə, Kafkanın məsələn, təkcə "Çevrilmə"si onu dahi saymaq üçün yetərli deyilmi? Və siz Pərvizin hansı əsərini ona bərabər saya biərsiniz? (Ümid edirəm, heç kim inciməyəcək - bu, yalnız ədəbi söhbətdir) Həm Pərvizə, həm də Dəfnəyə dərin sayğılarımla, Vüsal.
Vüsal bəy, sayənizdə bu bloqda ədəbi disskusiya yarandi. Məgər suallariımdan belə çixir ki, Pərvizi bütləşdirirəm? (Tövbə ya Rəbbi!) Qətiyyən belə fikrim yoxdur. Deyəsən burda onu dəfnə hamıdan çox tənqid edib axı. Gündəlik bir qəzetin köşə yazarı, romanı, hekayələri, olan bir yazarın yalnızca şerləri mənə xoş görünür. Qətiyyən hesab etmirəm ki, Pərviz bəy Kafkadan güclü yazir. Həm sıravi bir oxucuyam, öz fikirlərimi etalon saymaqdan, kiməsə sırımaqdan da uzağam. Şerlərini xoşladığım bir müəlliflə virtual ünsiyyət imkanindan yararlaniram, hələ ki buna vaxt sərf etməyə həvəsim var. Sadəcə bu qədər. Tutaq ki portuqal væ ya ispan dilini babat bilsəydim, daha həvəslə Paolo Koelyoya da yazardim, “Sərçələr”i oxuyandan sonra tərcümə mərkəzinə gedib Afaq xanimi görmək istəmişdim və s. Nə qəbahəti? 4 saylı şərhdə numerologiya əsaslanıb 9 sualla kifayətləndim. Vadar edirsiz ki coxlu sayda niyələrin bəzilərini də deyim. Və bu yerdə – suallarımı yerli yazarlarımızın ümumiləşdirilmiş obrazı kimi – Pərvizə ünvanladığımı xatırladım. Bax, bizdə Kafkani yığcam bir çevrədə oxuyurlar. Darya Dantsovani isə bu çevrədən 5 dəfə atriq adam oxuyur. Niyə belə? Niyə Xaqani Hası Bakıdan kənarda tanimasinlar? Niyə Avropanin feministləri Aqşinin “Qadın ev heyvanidir”ından xəbərsiz qalsinlar? Məgər N.Qafarzadə Pavarottidir? Niyə onun səsi İsraildən gælir, ama israilli qadınlara Cavidanin səsi çatmır? Niyə hər 10 nəfər gəncin hamısı R.Kapur kimliyini bilir, R.Taqoru tanımır? Bu niyələr bir neçə fərdin deyil, gənc yazarlarımızın, ümumilikdæ bugünkü ədəbiyyatımızın və oxucularımızın problemidir. Və sair niyələri növbəti şərhlərimdə soraram. PS. Zulyanin çay süfrəsinin vaxtı və günü dəqiqləşsə, mənı də dəvət edərsiniz?
Salam, ey milləti-qəyyur! Deyəsən, doğrudan da, ədəbiyyat söhbəti başlayır axı... Dəfnə xanım, bir var MASSKULTURA, yaxud POPSA - bu, KÜTlə üçündür. Bir də var elitar mədəniyyət - bu, SEÇİLMİŞLƏRin yemidir. Darya Dontsova, Çingiz Abdullayev, Namiq Qaraçuxurlu, Mahsun Qırmızıgül, "Aliyə", "Kurtlar Vadisi", Aygün Kazımova, Rəfael və Coşğun; dünya miqyasında məsələn, Paolo Koelyo, Hollivud blokbasterləri - bunlar POPSAdır, MASSKULTURAdır. Amma klassik musiqi, ciddi ədəbiyyat, ciddi kino, opera, balet - bu, ELİTAR mədəniyyətdir. O, hamı üçün ola bilməz. Yəni bir insan necə ola bilər ki, həm Nadir Qafarzadədən zövq alsın, həm də deyəlim, Dominqodan, Karrerasdan? Mümkün deyil axı. Viktor Hüqodan zövq alan adam Aydın Xanı necə oxuya bilər? Amma bu iki cəbhənin - yəni POPSA ilə ELİTAR sənətin arasında vurnuxanlar, heç birindən olmayanlar da var. Mən öz aləmimdə ŞƏRTİ OLARAQ, onları belə bölərdim: - Birincisi, Qrafomanlar. - İkincisi, Təqlidçilər. - Üçüncüsü, Kommersantlar. - Dördüncüsü, İnkarçılar. Qrafomanlar və kommersantlar aydındır - biri "yazıçı", "şair" adlanmaq üçün yazır (istedadı olmadığı halda), digəri isə pul qazanmaq xətrinə. İnkarçılar - məsələn, Rasim Qaraca başqa olmaqla bütün AYO üzvləri,- "ənənəvi" yazarları imtina edirlər, amma onlara alternativ olacaq səviyyədə də deyillər. Onların iddiası var, imkanları isə məhduddur. Onların "yaradıcığılı" əslində "BİZ DƏ VARIQ" hayqırışıdır. Təqlidçilər isə ən mürəkkəb kateqoriyadır, məncə. Bu insanlarda müəyyən qədər talant var. İçləri daşır, onu kağıza tökmək istəyirlər. Amma bunu BƏNZƏRSİZ şəkildə edəcək qədər istedadlı da deyillər. Ona görə də, hansısa yolu tutub, o yolla gedirlər. Məncə, onlar hörmətəlayiqdirlər. Amma çox da şişirtməmək şərtilə. P.S. Maralıdırsa, müzakirəni davam etdirə bilərik.
Mən Vüsal bəydə daha çox ədəbiyyat tarixçiliyi sezirəm. Məlumatlı olmaq hələ o demək deyil ki, təhlil etmək də asandır. Bunlar fərqli qabiliyyətlərdir. Eyni zamanda o şərhi ilə sübüut edib ki, özü üçün 2dahi" problemini həll etməyib. dahi kütlələr üçündür. Vüsal bəy isə intellektual şərhə cahd edib
Əssalamü-əleyküm, ey milləti-gurultu! Div, hansı fikri yazmaq istədiyini nə qədər cəhd etsəm də, başa düşə bilmədim. 1. Sitat: "O, şərhi ilə sübut edib ki, özü üçün "dahi" problemini həll etməyib. Dahi kütlələr üçündür. Vüsal bəy isə intellektual şərhə cəhd edib". Mənim "dahi" problemim var bəyəm? Ümumiyyətlə, adamın "dahi problemi" necə olur? Kütlə nə qanır, dahi nədir? Kütlə Bethoveni, Haydnı, Borodini, Bizeni.... yox, Aygün Səmədzadəni, Vaqif Gərayzadəni... dinləyir. Kütlə Dostoyevskini, Bulqakovu... yox, Dontsovanı, Akunini oxuyur. (Özümüzdə misal gətirmədim, çünki bizdə ümumiyyətlə, heç kimi oxumurlar. Bizimki oxuya-oxuya gəlmək və çala-çala getməkdir. ) Kütləninki MASSKULTURA və POPSAdır. Bunu axı aydın yazmışam. KÜTlə (daha aydın olması üçün defislə də yazıram: KÜT-lə) heç vaxt dahinin kim və nə olduğunu anlaya bilməz. Kütlə Ceyms Kameruna, Con Maktirnana, Daq Laymana, Maykl Beyə, Spilberqə... baxa bilər, amma Tarkovskiyə, Kubrikə, Bondarçuka, Bunuelə, Felliniyə yox... DAHİLƏR KÜTLƏNİN YEMİ DEYİL. *** Məsələnin o biri tərəfinə gəlincə, Sitat: "Mən Vüsal bəydə daha çox ədəbiyyat tarixçiliyi sezirəm. Məlumatlı olmaq hələ o demək deyil ki, təhlil etmək də asandır. Bunlar fərqli qabiliyyətlərdir". Əksinə, mən ədəbiyyat tarixindən elə də bilgili deyiləm. İxstisasca potiloqam. Sadəcə, ədəbiyyatı və kinonu çox sevirəm. Çalışıram, sevgidə peşəkar olum. Yazdığım fikirlər başdan-sona öz təhlilimin nəticəsində gəldiyim bəzi qənaətlərdir. Sayğılarımla, Cırtdan.
Yenə də salam. 1-ci sitat 6. Yazarı bütləşdirmək anormal haldır. Yazarı sevmək və yazdığından zövq almaq olar. Mən, məsələn, Mixail Bulqakovu, İlf və Petrovu dəlicəsinə sevirəm, yazdıqlarını az qala əzbər bilirəm, yenə də hər dəfə oxuyanda zövq alıram, amma heç birini bütləşdirmirəm. Niyə kimisə bütləşdirməliyik ki? Vüsal bəy, 6-saylı şərhimdæ bütləşdirmə məsələsinə yetərincə aydınlıq gətirdiyimi saniram. İndi isə sizin şərhinizdən gətirdiyim sitatdakı-sevmək, dəlicəsinə sevmək, zövq almaq məsələlərində dayanmaq istəyirəm. Tutaq ki siz, sizin dəlicəsinə sevdiyiniz bu müəllifilərdən İlf və Petrovu qətiyyən sevmirəm, onlarin stullarini, buzovlarini həmçinin. Bulqakovu və onun “Master i Marqaritasını” çox xoşlayiram və sevirəm. Və eyni zamanda Pərvizin şerlərini də çox xoşlayıram, bəzilərini ÇOX sevirəm, hərdən sitat gətırirəm, bəzi şerləri ilk oxunuşdaca yaddaşıma həkk olunur... Burda nəsə suç varmı? Bu dəfə “niyə Bulqakovu sevmək olar, Pərvizi yox deməyəcəm.” Sevincə “niyə?” sualına cavab tapmaq, eyib axtarmaq yada düşmür. Sizi bilmirəm, məndə belədi.... 2-ci sitat Amma sizə, Dəfnə xanım, bir sualım var. Sizcə, Kafkanın məsələn, təkcə "Çevrilmə"si onu dahi saymaq üçün yetərli deyilmi? Və siz Pərvizin hansı əsərini ona bərabər saya bilərsiniz? Kafkani oxusam belə, heç sevmədim. Ümidəm ki, mənim sevməməyim Kafkanın dahiliyinə kəsir gətirməz. Bu ikinci sitat məni vadar elədi ki, “Öləngi”ni bir də oxuyum. Və tapdim. “Çevrilmə”də Q.Zamzanin hissləri, əzabları, ata-anasının səsi və sairələr vardı. Pərvizin “Düşmn”ində də hisslərin, əzablarin beləcə təsviri var. Həm də bu daha doğmadı, sizin təbirinizcə desək, başqa xalqlarda ata-anaya fərli oğul, baciya fərli qardaş yanaşması yoxdu. Vüsal, yenə də sizdən sitat: (Ümid edirəm, heç kim inciməyəcək - bu, yalnız ədəbi söhbətdir) Heç mən də incimədim.Bir yazarı bütləşdirəcək qədər şüursuz insan olmaq işarənizə, Paolo Koelyoya yazmaq niyyətimi ələ salıb, mənə KÜT-lə dediyniz kəsimdən biri kimi yanaşdığınıza görə.
Dəfnə, nahaq inciyirsən, "KÜTlə" sözüm sənə aid deyildi. Anlayıram sizi, Əgər kimsə mənə "Vüsallı şeir" qoşsa, mən də onu sevərdim. Amma Pərvizi şair kimi qəbul edə bilmirəm. Azərbaycanda sevdiyim (daha dəqiqi, həvəslə, zövqlə oxuduğum və oxutduğum, sitatlar gətirdiyim) iki şair var: Salam və Aqşin. Pərvizin şeirlərindən cəmisi biri məni tutub indiyəcən: "Qarşıma bir adam çıxmaz..." Aqşinin bir misrasında deyilir: "Sevdiyimiz mahnılraın tayıyıq, vəssalam". Amma əlavə edərdim: Təkcə mahnıların yox! Sevdiyimiz şeirlərin də, romanların da, hekayələrin də, filmlərin də tayıyıq. Bu, sizin menyünüzə. Pərvizə gəlincə, onun bir qabiliyyətini sözsüz etiraf edirəm: dili çox gözəl, mükəmməldir. Amma bu, gözəl əsər üçün yetərli deyil. Stajlı oxucu kimi düçünürəm ki, gözəl əsərin yaranması üçün bunlar lazımdır: 1. Güclü ideya 2. Gözəl dil 3. Mükəmməl yazı texnikası 4. Kreativ düşüncə. (5. Əgər mümkün olsa, yaddaqalan obraz) Və bir də, janra uyğun əlavə tələblər çıxa bilər, məsələn, postmodernist əsər üçün absurd düşüncə, yumor və s. Sizin bəyənmədiyiniz İlf və Petrovda bunların hamısı zirvədədir. Gəl baxaq məsələn, Kafkanın "Çevrilmə"sinə, "Qəsr"inə, və Pərvizin "Öləngi"sinə, "İç-içə"sinə. "Çevrilmə"də Qreqor Zamza - çox parlaq obrazdır. Postmodern süjet çox orijinaldır : insan yuxudan durur və görür ki, tarakandır (Niyə məhz tarakan - bunun özü ayrı bir fəlsəfə); texnika mükəmməl - biz az qala tarakana çevrilmiş insanın fiziki iztirablarını da duyuruq, nəinki mənəvi! Əsərin ideyası, mesajı açıqdır: Bu cürə ki biz yaşayırıq, bu, insan yox, həşərat hayatıdır və günlərin birində fiziki olaraq, tarakana dönməsək belə, mahiyyətcə ondan fərqimiz yoxdur. Amma gələk "İç-içə"yə. Oradakı Fotoqraf əsla parlaq obraz sayıla bilməz, o, heç nəyi ilə cəzb etmir, yadda qalmır. Məlim olmur ki, hara düşüb, niyə düşüb, müəllim kimdir - hansı ideyanın personlaşmasıdır, və ən əsası, ideya nədir? Ola bilsin, Pərvizin özü niyə yazdığını bilir, amma bu, azdır. Və yaxud "Qəsr"!.. Möhtəşəm! Necə bir məkan qurulub! Sanki yuxu görürsən, amma bu elə bir yuxudur ki, bilmirsən, haçan oyanacaqsan və ümumiyyətlə, oyanacaqsanmı?.. Fabula əladır! İdeya aydındır: İNSAN ÖZ TALEYİNİN İÇİNƏ GİRƏ BİLMİR! Qəsr - bu, sənin həyatındır, yaşamaq üçün ora daxil olmalsan. O, sanki yaxındadır, sən bunu hər gün bacara bilərsən, amma heç cür alınmır. Nəticədə Qəsrin dibində ləng və yüngül qarabasmaya bənzər bir həyat keçirirsən... K. ilə birgə bu acını duyursan. Və K. - güclü obrazdır: kölgə-adam obrazı. Kafka kölgəni baş qəhrəman etməyi bacarıb! Amma "Öləngi?" Bəli, Pərviz dilin passiv fondundakı sözləri məharətlə tapıb, yerində işlədir. Kalambur qura bilir ("yerin göyündə, göyün yerində..." Amma ideya aydın deyil, obrazlar heç biri sonacan açılmır, ideya axıracan inkilaf etdirilmir... Yeri gəlmişkən, bu, axı Pərvizə sual bölməsidir. Pərviz, mənim suallarım: - "Öləngi"nin əsas ideyası nədir? - Niyə qatar? Niyə qatarda toy? *** Offf... yoruldum lap. Allah amanında, ey milləti-gərgədan!
Vüsal, qardaş, deyəsən, "Lider"i çox incitmişəm. Buna görə dostcasına, hətta, səndən - tək səndən a - üzr belə istəyə bilərdim... ama istəməyəcəm, çünki bu mənə sərf eləyir - dostlarımdan biri özünün müxtəlif qatlarını könüllü şəkildə sərgiləməyə başlayır. Bu, çox maraqlıdı. Siyasi baxışlar mənəvi sferada öz "Fatma nənənin cəhrəsi"ni səxavətlə bizə göstərir. Eyni zaman bölümündə 7 rəngdə görünmək... bu da az deyil. Sənin kimi intelllektual bir dostun bircə şeirimi sevməsi belə, mənə özümlə qürurlanmağa əsas verdi, nəzərə alsaq ki, liderlərdən gözləmədiyim bircə şeirlik etiraf da mənimçün Qənimətdi, buna Sahib olmağın özünü də böyük bir mükafat sayıram. Yorulmağından isə üzüldüm, deməli, sabaha az qalıb. Bizlərə gərgədan deməyin isə heç xoş olmadı, milli totemləri yaxşı bildiyindən deyirəm ki, işlətdiyin ifadə bizimçün o qədər də ləzzət doğura bilməz, məsələn bu kimi: qardaşım Timsah! Sənə "vüsallı şeir" məndən olacaq, özün söz veirsən ki, onda sən də məni "sevəcəksən". adamlaın öz sevdiklərinə layiq olamalarıyla bağlı fəlsəfəyə qalanda... Dəfnənin öz sevdikləri qəbilindən məni sevdiyinə gləndə isə... mən Dəfnənin məni sevdiyinə əmin olsaydım, özümü xeyli xoşbəxt saya bilərdim. Və onu öz sevdiklərinə layiq olduğuna görə təbrik edər, mən də onu sevməklə ona layiq olduğumu aləmə car çəkər və fəxr edərdim, hətta bunu səndən də gizləməzdim, dostum - üzünü yox, sözünü, içini gördüyüm adam Dəfnə... Nə isə... Dostum Vüsal, sənə də, sevgili dostum Dəfnəyə də bir iradım: çoxluca xarici müəllif adı çəkməklə özünüzü çox da zorlamayın. Onsuz da mən bisavad onları tanımıram. Məndən Ramiz Mehdiyevə donos yazan ədəbiyyat müəllimim Alış məni onların heç biriylə tanış eləməyib. Heç nəyə baxmayaraq, mən sizin hər birinizlə fəxr eləməyə meyllliyəm.
Salam, ey milləti-QƏHrəman! Pərviz, "Lider"in bura nə dəxli var? Mən nə deyirəmsə, öz adımdan və öz fikrimi deyirəm. Sənin də mənə aid sözün varsa, özümə de. Atı palçığa sürmək lazım deyil. Biz, deyəsən, ədəbiyyatdan söhbət etməliydik, siyasətdən yox. Heç bir qatımı da indiyəcən gizlətməmişəm. Xarici müəlliflərin adını çəkməklə özümü zorlamıram - onlar mənim orta məktəb illərindən bəri ozuduğum isimlərin çox az bir qismidir. Dəfnəyə gəlincə, bu boyda qarşılıqlı vəsf və mədhlərdən sonra mənə ancaq ümid etmək qalır ki, özünü göründən də bu qədər sevə biləcəksən.
Salam, Vüsal. Doğrusu mən sənin birinci şərhini oxuyanda belə düşünürdüm ki, səndə ədəbiyyat tarixçiliyi talantı var. Amma "Öləngi" barədə yazdıqların mənə yanıldığımı deyir. Qardaş sən öləngidə ölə bilməyən prezident obrazını tanımayıbsan, yoxsa o barədə danışmaq çətindir deyə bilmərəm. Amma ideya budur ki, Azərbaycan cəmiyyəti reanimasiyadadır. Yəni yeraltı qatarda. Kliniki ölüm vəziyyətində. İdeya odur ki, bütün cəmiyyətlər fit səsindən sonra bir tərəfə getdi biz isə yarımcan və yazıq halda, prezidentimiz kimi ölə bilmədik. Bu əsərdə ölmək həyata doğulmaqdır əzizim. O ki qaldı məni anlamamağına. Qardaş sən hələ də dahidən danışırsan. Ağılı adamkar üçün dahi yoxdur. Dahi kütlələrin qəhrəmanıdır. Kim kimi anlayırsa onu dahi saya bilər. Bizim üçün dahab istedadlı adamlar var. Sən isə hələ də dahi deyib durubsan. Olsun amma Çingiz Abdellayevi də oxu. O da kiminsə dahisidir də.