(Dəfnəli şeir-5)

YAŞIL GÖZLÜM
Mənim sevgilim Ağac,
sevgilim!
Heç istəmədim əlimdə olasan,
istədim əlini verəsən mənə,
əlini uzadıb sığal çəkəsən,
boynundan asılsın mənim iki qatil əlim,
sevgilim.
İstərəm səndən qucaq-qucaq
işıq dərim.
***
Mənim Ağacım
təkcə ilk bahar açar gözünü,
yam-yaşıl gözlü sevgilim.
Ama doymaz,
sevgidən yenə ac gedər.
Bu boyda sevgiylə, qardaşlar,
nədən onun adı eləcə “ağac” gedər?..
***
Aclıqdan Ağacımın
kökü saralmış gözləri
yağar gözüm,
yağar ayağım altına.
(Allah, atam,
abrım yansın, üzüm ayağın altına!)
Nədən axı, mən adamam,
torpaq üstdə gəzirəm,
mən kor olmuş
öz gözümü əzirəm?..
Allah, nədən uçmuram mən,
uçmuram mən, uçmuram mən!
***
Sevgilim Ağac!
Rəfiqən varmı özün kimi
və mütləq gözü sənin gözün,
üzü sənin üzün kimi?
Varsa, onu tanış elə
bu gənc polis qardaşımla.
Sənnənəm, sevgilim Ağac,
son yol yalvarıram sənə,
yalvarıram, kölgəndə
polisin dəyənəklərindən
sevgi dolu qanı axan başımla.
Qoy o da uçmaq istəsin,
heç olmasa bircə fəsil
zərli ulduzlar yerinə
çiynində qoy qardaşım da
saralmış gözlər daşısın.
Qoy qaynın da adam olsun,
qoy sayəndə o yazıq da yaşasın...
24 aprel, 2008
Açar sözlər: dəfnəli-şeir
Yazar:
PARVİZ | Tarix: Aprel 24, 2008 12:17 |
poeziya |
| Baxış sayı: 284