İLHAM PƏRİSİ
(Dəfnəli şeir-4)
(Dəyərli oxuyarlarım, əziz dostlar, xanımlar və bəylər! Bir xəta ucundan bu şeirə bir gün əvvəl yazdığınız gözəl şərhlər də təsadüfən silindi və bərpa eləmək mümkün olmadı. Mənə o gözəl fikirləri bir də oxumaq şansı vermək istəmirsiniz?..)
Xoş gəldin, İlham Pərisi,
Şadam ki, xoş gəldin.
Və madam ki, bu kərə
biryolluq döndün,
və madam ki, sən məndən
(İlahi min şükr)
çörək yox, söz istəyirsən...
Deyirəm, tut qulağını...
döz, istəyirsən,
deyirəm biz...
mən... sən...
Eşidirsən, İlham pərisi,
elə səssiz-səmirsiz
nikaha girsək,
bir şeir altında
ömür-gün sürsək...
eşidirsənmi, barı...
Mən könlümcə
gecə-gündüz yazaram,
hə, vallah, yazaram...
yazaram....
Qulağını açmamış deyirəm, eşit:
aclıqdan
başımı dizinə qoyub
ölməyə də hazıram.
Hazıram...
15 aprel
Açar sözlər: dəfnəli-şeir-4
Yazar:
PARVİZ | Tarix: Aprel 25, 2008 23:30 |
poeziya |
| Baxış sayı: 250