www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

DƏLİ ADAM


Bir il də basdırdın getdi,
Bu gün çıxır ili, adam!
Sənə ömürlük iş düşür,
Ay illər qatili adam.

 

 

 

***
Gizlənqaç oynama Haqnan,
Nə böyüknən, nə uşaqnan,
İçin görünür uzaqdan,
Aynalı, şüşəli adam...

***

İtər, əriyər içində,
susar, kiriyər içində,
ölər çürüyər içində...
yenə də nəşəli adam.

***

Çatır ixtiyar yaşına,
çaşıb qalırsan işinə:
ağ tük çıxammır başına -
qat-qat, mərtəbəli adam.

***

Bu dünyası soyuq məzar,
“soyuq məzar”dan kim bezar?
Durub, bir də şeir yazar
məzardakı ölü adam?
Dəli adam... Dəli adam...


Açar sözlər: dəli-adam 

Yazar: PARVİZ | Tarix: Aprel 30, 2008 11:12 | poeziya | Şərhlər(3) | Baxış sayı: 223

Şərhlər

1
Selcan yazıb:

Sitat:
Ay illər qatili adam
Sənə ömürlük iş düşür.

düşür, düşür... smile

Aprel 30, 2008 20:42
2
elnare yazıb:

... Durub, bir də şeir yazar
məzardakı ölü Adam -

- Ne sabahi goreyim, ne sabah goruneyim;
Gunduzler size kalsin, verin karanliklari !
Islak bir yorgan kibi simsiki buruneyim;
Ortun, ustume ortun,serin karanliklari !

May 1, 2008 23:01
3
PƏRVİZ yazıb:

Elnarə xanım, Allah Nəcib Fazıla da rəhmət eləsin!

May 1, 2008 23:42

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha