HƏR SABAH YAŞAM
Birdənbirə hiss eləyirsən ki, zərrəcə təpərin, bir çimdik dözümün, bir hovur həvəsin, bir qırıq səbrin qalmayıb; sanki sürüşüb qayadan yıxılıbsan, təsadüfən əlin ya bir qaya çıxıntısına, ya bir kola, budağa ilişib; özünü xeyli saxlayıbsan, indi ovcun kəsik-kəsik olub, isti qan süzülüb qolun boyu çiyninə, qoltuğuna axır; əlin göm-göy göyərib, üstəlik qolunda da hey-hərəkət qalmayıb; qayadan uçub parçalanacağını bilə-bilə, qəfildən acı sonu unudub, anidən acılara son verməyin məstliyi səni elə bürüyür ki, hətta ləzzətdən, həzzdən qımışırsan da və kilidlənmiş barmaqlarını azca tərpətməklə özünü üzü aşağı boşlayırsan; bunu insan dəfələrlə yalnız və yalnız yuxuda yaşaya bilir, uçurumun dibinə çatmağa bir an qalmışsa ayılıb, bitmədiyinə görə, şükr eləyirsən...
Həyat tərzimin daim dəhşətli hücum və qınaqlara məruz qalan sürreal məzmunu mənim hər sabah yenidən yaşamağımın yeganə səbəbkarıdı...
Açar sözlər: ovqat
Yazar:
PARVİZ | Tarix: May 1, 2008 23:01 |
OVQAT |
| Baxış sayı: 212