www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

 ÜZSÜZ ADAM

 

 

 

 

Üzünü görmədiyin adama

şeirlər yazarsan.

Üzünü görmədiyin adam

izini bilmədiyin yerdən

beş-on günlüyə

bacısına gedər,

qardaşına gedər.

“Həsrətin kilometrləri artdı” deyə,

qızarsan...



***



Üzünü görmədiyinə

“yaşıl gözlüm” deyərsən.

“Görürsən də, mən

ömür yox,

qara gün sürmədəyəm”.



***



Görmədiyindən

online sətirlər alarsan:

“Məni görmək istəsən,

bir də gəlməm görüşünə...”

Demək, beləsi də varmış işin -

üzünü görmədən

gözdən itirmək,

hələ tapmadığını əlindən yox,

salıb sözdən itirmək...



***



Görmədiyin üzü

yuxuna girər.

Sənə gözünü açmağa izn verməz, ama

çəkinmədən otağına girər.

Araya qələm qoyub

ensiz yatağına girər.

Ayılıb görərsən

qorxudan hələ də

gözlərin yumuludu.

Üzü nihanın yoxdu,

yerin göyərmiş qələmlərlə doludu.



***



Gördüyün hər adamda

görmədiyin adamın

üzünü ararsan...

Özünü öldürərsən,

yorarsan,

üzlərdən üz seçərsən

o üzə taxmağa.

Barı, yuxularında

gözüyumlu baxmağa...



***



Üzünü görmədiyinin üzündən

şeirlər yazarsan.

Şeirlərinə aşiq olunursa,

demək, sən

üzünü görmədiyin adama aşiq deyilsən,

sən şairsən, yazarsan...

Səndən adam olmaz,

əbləh adam!

Durub yenə üzdən yazarsan:



“Üzün göy üzüdü sənin

sözüm üzündən gəlib

Sözümün nöqtələri

axıb gözündən gəlib”



(Şairə alqış,

bir qanadsız quş...)



 

Açar sözlər: dəfnəli-şeir 

Yazar: PARVİZ | Tarix: May 10, 2008 21:53 | poeziya | Şərhlər(16) | Baxış sayı: 274

Şərhlər

1
Dev yazıb:

camaat sizi xoş gördük. Pərviz hər zaman təəccübləndirir. PƏRVİZ, qaqa bir də belə eləmə. yata bilmirəm. Devlər də sevir.

May 10, 2008 22:54
2
elnare yazıb:

..soz tapmadm demeye..elece oxudum..baxdim ..baxdim..donub bir de oxudum..
teshekkurler..bu hissleri yashatdiginiz ucun!

May 11, 2008 1:32
3
Ryabina yazıb:

Məncə virtualda tanış olub bir-birinə yuxu kimi, xəyal kimi, nə bilim daha ruh kimi, yalnız sözlə, fikirlə,hisslərlə bağlanan insanların hər birisi bu şeirdə özünü və bağlandığını görəcək...
Təəccüblənmədim...əksinə, gözləyirdim də...
Uğurlar...

May 11, 2008 9:29
4
Özgür yazıb:

ƏLA!
Əladı həm də əcəbdi.
Əcəb səbəbdi.

" Gördüyün hər adamda
görmədiyin adamın
üzünü ararsan..."

Görmədiyin biz üzü bəhanə tutub qarşıdan keçən bütün xanimların üzünü gözdən keçirmək üçün...
(əcəb səbəbdi)

May 11, 2008 11:14
5
Özgür yazıb:

Pərvizin hansı şerlərinə kimlər aşiq olur-bilmirəm.
Mən bu şeri oxudum, oxudum və sadəcə sərxoş oldum...

May 11, 2008 11:23
6
Pərviz yazıb:

Dostlar!
Sizə səmimi bir şey deyimmi?
Vallah, fikirlərinizdən elə məst oldum ki.... bir də içməyim gəlmir...
Yaşayın! Yaşatdınız...

May 11, 2008 11:33
7
Günay yazıb:

Şairə alqış! Həm də sürəkli!
hamımızın gözündən axan nöqtələr kiminsə sözünün yaninda düzülsəydi sad

May 11, 2008 11:45
8
Pərviz yazıb:

Günay, əzizim, məgər sən o nöqtələri özününkü hesab eləyə bilmədin?

May 11, 2008 12:22
9
Gülər yazıb:

Salam Pərviz bəy!
"əbləh adam!"-yaramadi məncə.
"dəli adam" yaxşiydi. həm ifadə kimi həm də şer kimi əlaydı.
Ama "Üzsüz adami" oxyub qərara gəldim ki sənə omürlük iş kəsmək lazımdı.
"Yazmaq" işi! Yazmağı sevmək cəzası və ömürlük yazmaq cəzası. Hökm qətidir, apellyasiya şikayəti qəbul olunmur!

May 11, 2008 13:49
10
Səbuhi yazıb:

Yaşıl gözlü üzü görüb də "qaragün" sürməsəydin, şerlərin beləcə işıqli olmazdı ki. Sənin şerlərinə aşiq olurlar, sənin şerlərindən sərxoş olurlar. Sən ŞAİRsən adam!

May 11, 2008 18:28
11
sisi yazıb:

Demezdim ki chox tesirlendim.. ama pis sheir de deye bilmerem.ama geshengdi deye bilerem smile

May 14, 2008 18:12
12
Pərviz yazıb:

Sisi, ezizim!
Şeir seni tesirlendirmeyibse, bu yaxşıdı, men məsuliyyətdən xilas oldum.
Ama sen buna pis şeir deye bilmirsense ve hətta qəşəng şeir deyirsənsə... mən bundan təsirləndim, vallah - məsuliyyət də sənin boynuna!

May 14, 2008 23:51
13
Ramin yazıb:

Perviz bele seirler yazmaqdansa axsama KONSEPSIYA fikirles. o biri serefsizlerden bir sey cixmaz

May 15, 2008 12:59
14
Kama yazıb:

Ramin
"belə şeirler" ifadəsi sənin paxilliğindan yaranib yoxsa ki qəsqanclığından?

Pərviz yazir ki "dostlar yaşayın yaşatdiniz". Əslində bu təşəkkür onun özünə düşür ki, belə gözəl hissləri yaşaya bilir və yaşada bilir!

May 15, 2008 13:46
15
Pərviz yazıb:

Sağ ol Kama!
Heç bilmirsən Ramin tipli bu adamların "konsepsiya"larından başını götürüb hayana qaçasan...
Hər halda ona da təşəkkür düşür - Kamanı qələmə sarılmağa vadar elədiyi üşün.

May 15, 2008 15:53
16

heee. bax bu da shah eserlerinden sayila biler. artiq cashib qalmisham. oxudugum butun sherlerde heresinde bir ferqlilik, yenilik, gozellik gordum. her defe oxudquca bu gozledir, novbetiye kecdikce, yox bu gozeldir. heqiqeten gozeldir. Coxs agol, Perviz. Ellerine sagliq.

İyun 24, 2008 1:03

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha