ÇİYNİMDƏ MƏLƏKLƏR YANIR...
Çiynimdə mələklər yanır,
bəzəkli lələklər yanır,
hirsindən küləklər yanır,
külü tökülür üstümə.
***
Fələyin çıxır cızdağı,
əriyir canının yağı,
neçə-neçə min ayağı,
əli tökülür üstümə.
***
Bir qız gözünün selləri,
dostların şirin dilləri,
ömrün həftəsi, illəri
ölü tökülür üstümə.
***
...Alovları soyur daha,
məni adam sayır daha.
Çiçəyi çırtlayır. Daha
gülü tökülür üstümə...
Açar sözlər:
Yazar:
PARVİZ | Tarix: May 15, 2008 0:28 | Bölməsiz |
| Baxış sayı: 317