www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh


ADI NƏDİ BU ADAMIN...

(Adını və yaşını bilmədiyim bir dostumun bilmədiyim ad gününə)
 
 

Adi nədi bu adamın,
bu adamın adı nədi?
barı AD GÜNÜNDƏ bilək.
Oturub susmuşuq yenə,
bilmirik ağlayaq, gülək...

***

Adı nədi bu adamın?
İçəmmirik sağlığına,
sudan arı saflığına,
yaşının İsalığına...
Görüm, yanasan, ay Fələk!

***

Adı nədi bu adamın?
Gözünün işığı yatıb
gözəl göy qurşağı yatıb
yarı-yaraşığı yatıb
əlində qaşığı yatıb
toyunda aşığı yatıb,
az qalırıq qəmdən ölək.

***

Nədi, cızılır alnına?
Göydən süzülür alnına?
Adı nəydi bu adamın?
Baxın... ya-zı-lır alnına:
Baxın, yazıldı ki... Mə-lək.
Mələk...



Açar sözlər: dəfnəli-şeir 

Yazar: PARVİZ | Tarix: May 16, 2008 22:29 | poeziya | Şərhlər(10) | Baxış sayı: 280

Şərhlər

1
elnare yazıb:

birce gozlerinin ishigi oyansa..
..oyansa da goyden suzulenlere baxsa..
heyf

May 17, 2008 0:43
2
Günay yazıb:

"Üzsüz adam"dakı nöqtələri özümünkü hesab eləyə bilmədim.
İcazə versəydiniz bu şeri özümünkü bilərdim. redface

May 17, 2008 15:05
3
Pərviz yazıb:

Dostum, qızarmaq nə üçün? Bu şeirler elə sənindi də...
Ad əsas deyil, əsas yiyə durmaqdı...

May 17, 2008 22:21
4
Dev yazıb:

Günay lap romantikdi. Dev olmasaydım. əşşi. Şer çox gözəldi, yəni təsirli. Dünyada bütün görmədiyimiz xallar gözəldir, əlbəttə.gördüklərimiz isə ləkə

May 18, 2008 0:21
5
Özgür yazıb:

Bəlkə ad günü bəhanəsiylə sağlığına içməni istəmir?
Bəlkə öz adını yox, bu şerdəcə göydən süzülüb alnina cızılan adı sevir?

May 18, 2008 10:05
6
Özgür yazıb:

Qayıtdım deyim ki, bəlkələri qaytar.
Bu bəlkələrin yerinə - əminəm ki - yazılmalıydı.

May 18, 2008 10:15
7
Pərviz yazıb:

Özgür, dostum, o ADI kim sevməz ki, o da sevməyə? Bəlkə elə doğurdan da onun adı elə Mələkdi... Kim bilir?

May 18, 2008 12:17
8
Ramin yazıb:

Perviz dedim axi seir yazma axsama KONSEPSIYA fikirles

May 19, 2008 14:12
9
Kama yazıb:

Bu konsepsiya nə olan şeydir və Raminin nəyinə lazımdır?

May 20, 2008 11:35
10
Pərviz yazıb:

Kama, əmin eləyirəm ki, bu elə də maraqlı bir şey deyil, sadəcə görünür Ramin bəy möhkəm darıxır. O bir də konsepsiya istəsə, şərhini siləsi olacam.

May 20, 2008 11:45

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha