www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

Azərbaycanlılar Sirat körpüsündə

 

İslam peyğəmbəri buyurub: "Öz zəhməti ilə çörək yeyən şəxs, Sirat körpüsündən ildırım kimi keçəcək".

Belə çıxır ki, Azərbaycanın müsəlman oliqarxları, yəni dövlət və hökumət başçılarının işi o vaxt çox qəliz olacaq. Təbii ki, Qurana, peyğəmbərə kim inanırsa, ona da inanar ki, ölkəni çapıb-talayan bu məmurların hamısı ucdantutma o dünyada bir başa qıl körpüsünün üstündən qır qazanına yumbalanacaqlar. Bu dünyada nə qədər usta kəndirbaz, peşəkar sirk ustası, dahi gözbağlayıcı olsalar da, Sirat körpüsünün üstündə bu xüsusi məharətlərindən yararlana bilməyəcəklər. Bizim mömin millətimiz onu da bilir ki, Sirat körpüsünün üstündən kövrək addımları atmamışdan qabaq kim olursan ol, nəçi olursan ol, kimin qohumu-qardaşı, oğlu-qızı olursan ol - adama təhlükəsizlik kəndirindən istifadə eləməyə qətiyyən icazə verilmir. Bəri başdan onu da bilmək lazımdı ki, bu körpünün sütunları üstündə körpünü kimin sərəncamıyla salınması haqda hansısa lövhə vurulmasa belə, hamıya (söhbət 15 santimetr yuxarıda qeyd elədiyim kimi, təbii ki, inanclı insanlarımızdan gedir - P.) müəllifin Allah olduğu gün kimi aydındı və deməli, körpünün tikintisində yarıbayarı yeyinti faktının olmaması da bəllidi. Belə çıxır ki, bu körpü həm də halal körpüdü. Paytaxtımızda ildırım sürətiylə körpülər salıb, üstündən də ildırım kimi keçənlər orda belə məharətli ola bilməyəcəklər.
Onda qarşıya bizim mömin insanlarımıza, möhtərəm din xadimlərimizə, mollalara, dərvişlərə, müctəhidlərə, bütün Qafqazın şeyxinə, kəsəsi alnı möhürə dəyən hamıya veriləcək bəzi suallar çıxır. Məsələn, adam fikirləşir ki, Siratın üstündən keçərkən əbədi qəzaya uğrayacaq bu hökumət başçılarına inanclı insanların boyun əyməsini, itaət göstərməsini, lap yeri gələndə onlara seçkidə səs verməyə çağırmasını, mütilik nümayiş elətdirmələrini necə anlamaq olar? Hətta Müdafiə nazirinin "jurnalist həbsxanası" adlanan ölkənin çox-çox möhtərəm, adı kavur təşkilatlarının siyahılarında iki il dalbadal "yırtıcılar" siyahısında özünə yer alan hörmətli prezidenti şəxsi heyyət adından namizəd göstərməsi belə, bunun yanında palatka toyuna getməlidi. Ancaq alnını möhürə vurub həzrəti Məhəmmədi Allahın son və ilk elçisi, onun gətirdiyi Kitabı kamil sayıb qəbul eləyən adamların bu hərəkətini, qır qazanında bişəcəklərinə şübhə eləmədikləri şəxslərin ayağına payəndaz olmalarını necə anlayasan - and olsun peyğəmbərin gül cəmalına ki, mən qavraya bilmirəm. Yəni, adam həm Qurana inanır, həm də Quranın Siratdan kəllə-mayallaq aşacağını müjdələdiyi adamlara boyun əyir, nəinki boyun əyir, hələ üstəlik, onları həvəslə boynuna da mindirib ayaqlarınndan marçamurçla öpür.
İndi mən dindən başı çıxan neytral ekspertlərdən soruşmaq istəyirəm ki, bəs belə adamlara müsəlman demək olarmı? Bəs belə adamlar Siratdan keçəndə o boyunlarına mindirib bərk-bərk ayaqlarını qucaqladıqları adamlar cəhənnəmə yuvarlananda bu möminlər də onlarla birgə aşağı diyirlənəcəklər, ya üzü cənnətə vəsiqə qazanacaqlar?
Əlbəttə, millətimizin bu mömin və itaətkarlığı sevən kəsimi deyə bilər ki, bəs sən bilmirsənmi ki, əziz İslam peyğəmbərindən (s) sərt bir xəbərdarlıq da vardır ki: "Öz ailəsinin xərcini təmin etməyən kəs məlundur, məlun!".
Və biz də ailəmizin xərcini alayı cür təmin eləyə bilmədiyimizdən itaət yolu seçmişik, boynunda kimisə gəzdirmək də elə öz zəhmətilə çörək yeməkdi. Allah özü görür ki, bu məmləkətdə ayrı yol yoxdu...
Nə bilim, vallah! Bir yandan baxanda, bu da arqumentdi. Allah özü görürsə, daha neynəmək olar? Ancaq indi mən bilmirəm, bu sualın cavabını Allahdan necə soruşum?
Allah imanınızı kamil eləsin, möminlər. Amin!


Açar sözlər: sirat-körpü 

Yazar: PARVİZ | Tarix: May 19, 2008 22:14 | Publisistika | Şərhlər(13) | Baxış sayı: 240

Şərhlər

1
elnare yazıb:

vallah men bilmirem bu sualin cavabini..hec Sokrat da bilmir.

May 19, 2008 22:27
2
Pərviz yazıb:

Elnarə, səni bilmirəm, ama Sokrat 100% bilmir!

May 19, 2008 22:33
3
elnare yazıb:

ozumden shubhelendim

May 19, 2008 23:09
4
Pərviz yazıb:

Elnarə, deməli, yenə də inkişafdasan. Əla!

May 20, 2008 11:47
5
Özgür yazıb:

Allaha inanan adam cəllad işləyə bilərquestion
Axı bu da onun peşəsidir və çörəyi də baltasindan çıxır.
Deyəsən bizim ölkədən o körpünün o üzünə keçən olmayacaq...
(içi biz qarışıq)

May 22, 2008 12:34
6
Pərviz yazıb:

Qandan çıxan bütün çörıkləri Allah qəhr eləsin.
Cəlladlıq peşə deyil, qaniçmişlərin əməlidi, sadəcə cəlladı vasitə eləyiblər.

May 22, 2008 12:38
7
ULVİ yazıb:

Perviz kardeş yazını zevkle okudum.Cesurca yazmışsın eline sağlık.Ancak anlamadığım bir şey var hz.Muhammet (sas)son peygamberdir ilk değil.Ondan evvel çok peygamber gelip geçmiştir.Müslümanlar peygamber ayırımı yapmazlar hepsini kabul edip aynı derecede sevmemizi ALLAH kuranda bildiriyor.Atalarımız bir toplum layık olduğu idareyi başına getirir demişler.Bir kulun hakkını yiyen pişman olup özür diler hakkını helal ettir.Ama kamu malı yiyen ne olacak.Sadece memurlar değil örnek elektrik ve gaz sayacını durdurup az para ödeyenler 8 milyonun hakkını nasıl ödeyecek.Tek AZERBAYCAN değil bütün müslümanlarda var bu biz müslümanlar İSLAM adı taşıyoruz ama İSLAMI yaşayamıyoruz.Yani o köprüden çok az insan geçebilecek gibi geliyor bana. ALLAH affetsin hepimizi.ALLAH'A EMANET OL, RAZI OLACAĞI HAYAT YAŞA.

May 24, 2008 4:21
8
Özgür yazıb:

ULVİ,
sonuncu cümlene 41 kere AMİN!

May 24, 2008 15:43
9
Pərviz yazıb:

Bütün dostlara salam olsun!

AMİN deyən bütün insanların və millətlərin DİLİ var olsun.

Ulvi bəy, yəqin ki, İslam peyğəmbərinin ilk peyğəmbər olmadığını bildiyimə şübhəniz olmaz. Bu, Azərbaycanda fanatiklərə, cahillərə ironiyadan başqa bir şey deyil.
Mənim Tanrıdan bir diləyim var: Tanrı türkü qorusun. Bütün insanlığı da eləcə!
Özgür dosumuz da adıyla yaşasın...

May 24, 2008 23:34
10
ULVİ yazıb:

perviz bey ben sizdeki ışığı gördüğüm için bu yorumu yazdım.ne yazık azerbaycan türkcesini tam anlayamadığım için ikilemde kaldım bağışla.eline diline sağlık.ALLAH'A EMANET OL, RAZI OLACAĞI HAYAT YAŞA.

May 25, 2008 16:35
11
Pərviz yazıb:

Ulvi bəy, təşəkkürlər.
Her kim olursan ol, Allah səndən razı olsun.
Ama hər halda kim olduğunu, haradan yazdığını bildirmen heç de pis olmazdı.
Nedense sizin siteye girmək olmur.

May 26, 2008 11:47
12
ULVİ yazıb:

perviz bey özür caspion20.azeriblog.com sizin ziyaretiniz beni sevindirir.Buyrun gelin başım üste.ALLAH'IN RAHMETİ ÜZERİNİZE OLSUN

May 27, 2008 13:44
13
Burhan yazıb:

Allahin adi ile!
"Azərbaycanlılar Sirat körpüsündə"
Ayranla sudu qarishdirib bal adi ile satmaq olmaz!.Deyirler shor alan deyilsen yagin chixartma
Bir iki addim ayaq uste sabit qala bilmeyen sirat korpusunu neyleyir!

May 31, 2008 18:53

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha