www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh
Aydın Canıyev:

"PROLOQ"a epiloq əvəzi

Mən həmişə işıqlı insanların nurundan mayalanmışam. Bu "süni mayalanma" heç də o demək deyil ki, zatımda "qaranlıq" VAR!


ƏKSİNƏ...
"Proloq"un 8 sayını izləyəndən sonra qənaətim belədir:
"YAZAR" olaraq bəzi "SƏNƏT" adamlarının ƏDƏBİ CAMEƏYƏ transferi aqressiya yaratsa da, sonda ədəbi "PROLOQ"da TAM AYRI kontingentin AKKORD VURMASI məni sevindirdi!
Əvvəla, "PROLOQ"da ƏDƏBİ PROSESİN BAŞLANĞICINA ŞAHİD OLDUM.
"PROLOQ"da HƏFTƏBOYU diqqətdə saxlanılan mövzular - ədəbi tənqid, təqdimat, tərif, ironiya - OXUCU KONTİNGENTİNƏ hesablanıb! Yəni ki, SİFARİŞ heç hardan gəlmir!
BUNU EDƏ BİLƏCƏK BİR KİMSƏ VARSA DA, o, yalnız və yalnız mənim dostum və qardaşım ola biləcək bir KİMSƏ - hərçənd vaxtında o doğru sualı vermişdi: "bax, gör, "dost" dediklərin səni DOST sayırmı?"
Bəli, ƏDƏBİ HƏYAT DOSTLUQ YOX, ideyalar üstündə qurulur!
Mənə olmazın dərəcədə xoşdur ki, Pərvizin "Öləngi" romanı haqqında ƏN DOĞRU FİKİRLƏR məhz bu qəzetdə səslənib - etiraf edirəm: 2001-ci ildə oxuduğum bu romanın Azərbaycan ədəbi mühitində GƏNCLİYİN MANİFESTİ olduğunu dərk etsəm də, ONUN İZAHINI ÇATDIRMAQ QƏDƏRİNDƏ ağlım olmadığını etiraf edirəm!
Ancaq SÖZARASI olsa da, "Proloq"da belə bir romanın mövcudluğu və onun haqqında ünlü tənqidçilərin fikri yer alanda mən ƏDƏBİ ƏDALƏTİN ZƏFƏRİNƏ inandım - "Proloq" ƏDƏBİ ƏDALƏTİN TƏNTƏNƏSİDİR!
Heç şübhəsiz, "Proloq"da hər bir yazını incələyənə qədər oxuyuram - Elnur Astanbəyli day adam qalmayıb topa tutsun. Maraqlıdır: sual verən varmı: dədəle, ÖZÜN ortaya nə qoyubsan?
Aqşin istedadlıdır - çox əcəb, bundan sənə nə?
Azərbaycan gəncləri internetdə, telefonda çatlaşır - sənə nə?
Mən belə başa düşürəm ki, bizim ƏDƏBİ GƏNCLİK demək istəyir ki,

BELİNSKİ QƏLƏT ELƏYİR,
FOLKNER YERİNDƏ OTURSUN

çünki Elnur Astanbəyli QƏNİRSİZ ƏDƏBİYYAT GÖZƏLİ Günel Mövludla Aqşini təqdim eləyir!
Bəli, mən Aydın Canıyev Belinskiylə Folkneri ədəbi qəbristanlığa o vaxt göndərərdim ki, "arvadını boşayandan sonra yatağını qəhbələrə tanıyan şair" Aqşinin KİŞİ ORBRAZINI görəydim! Yoxsa ki, bu həyatda Mayakovskidən tutmuş Sabir Rüstəmxanlıyacan gördüklərimizdən dərs ALMAMAQ QƏDƏRİNCƏ KORAFƏHİMİK?
"Proloq" bütün ədəbi fahişəliklərin fövqündə duran bir ədəbi başlanğıc - ən azından 8 sayı!
Çünki mən eyni zamanda "Yazar"ı da oxudum - Elxan Zal Qaraxanlının "olvis-ultra" iyi verən şeirlərindən tutmuş Qəşəm İsazadənin "qradonaçalnik" os..ağınacan gedib çıxan "zirvələr" fəth edən şeirlərini görməmək xoşbəxtliyini yaşayıram! Amma...
"Öləngi"ni çözdükmü?
"Qətl günü"nə alternativ bir nəsnə qoyduqmu?
İndi hamı ƏDİBLƏRİ TOPA TUTUR!
İndi hamı OXUCULARI TOPA TUTUR!
Bir kopayoğlu da da tapılmır ki, desin: ayə, yazdığınız nəmənə?
Aqşin, Sənmi yazdın "Naməlum qadının məktubu"nu?
Elnur Astanbəyli, sənmi çözdün "Öləngi"ni?
Qan Turalı sənmi yaratdın "Fərari"ni?
Bunlar heç biri HEÇ NƏ ETMƏDƏN hər kəsi ittihama girişdilər!
Əfəndilər(im), ANARI oxuyub ata-ana qədri bildim!
Əkrəm Əylislini oxudum, AZƏRBAYCANI SEVDİM!
Amma sizləri oxuyanda Azərbaycan qızlarına fahişə kimi baxdım, onlarla intim əlaqədə olmağı arzuladım, Elnur Astanbəyli, istedadını hamıdan qabaq qiymətləndirdiyim Aqşin!
Sizin istedadınız ƏDƏBİYYATA XİDMƏT ELƏYİR, yoxsa, fahişəliyə?
Əzizim Elçin - oğlun Səlcuqun xatirinə bir ABIRLI ƏDƏBİYYAT DƏRGİSİ YARAT - hələ ki, bunu bacarırısan!
Çünki nə Aqşinin qəhbələri, nə Elnur Astanbəylinin "kurtizanka"ları HEÇ BİR VAXT oğlun Səlcuqun, qızım Bənizərin CƏMİYYƏTİNDƏ YAŞAYASI TÜRKƏRlər, ALPƏRlər olmayacaqar - çalış, BANUÇİÇƏKLƏR yaradan kişilərin ədəbiyyatının icmalına BAŞ REDAKTOR OLASAN!
Hər şey yüz qramdan başlayır!



Açar sözlər: orda-burda 

Yazar: PARVİZ | Tarix: May 22, 2008 21:24 | Orda-burda | Şərhlər(7) | Baxış sayı: 260

Şərhlər

1
elnare yazıb:

indi oxuya bildim, amma coxdan razilashmishdim..

May 23, 2008 15:10
2
Pərviz yazıb:

Mən fikir bildirmək istəməzdim...

May 23, 2008 18:23
3
elnare yazıb:

he..razilashdigimin ne oldugunu demedim, axi

May 23, 2008 20:37
4
Özgür yazıb:

Pərvizin fəlsəfəsini, demək istədiklərini bir sözlə İÇini dərk etmək, anlamaq hər kəsin hünəri deyil.
Aydın bəyə halal olsun ki, çoxlarının bacarmadığı belə səmimi etirafa cəsarəti çatır:
"GƏNCLİYİN MANİFESTİ olduğunu dərk etsəm də, ONUN İZAHINI ÇATDIRMAQ QƏDƏRİNDƏ ağlım olmadığını etiraf edirəm!"

May 24, 2008 16:01
5
Özgür yazıb:

Görəsən Aydın bəy nəyi nəzərdə tutub -"Hər şey yüz qramdan başlayır!" - deyəndə?
Yüzlərlə qramdan yaranan göldə boğulan istedadımı?
"...hələ yazmadıqlarına əsasən özündən yaxşı yazıçı tanımayan" ,
"taleyinə olmayanlarıyla öyünmək düşən" yazıçıdan Türkərə və Alpərə irsən nə qalacaq?
"Neynəmək olar…"-təsəllisimi?

May 24, 2008 16:23
6
Özgür yazıb:


Gəlib suallarımı cavabsiz görüncə əmin oldum ki, fikrimi çatdırma qabiliyyətim çox zəifdi. Məsələ ondadı ki, Aydın bəyin yazısını oxuyanda “Proloq”un əvvəlki saylarından birində dərc edilmış, Pərvizin verdiyi müsahıbə yadıma düşdü. Həmin müsahıbədəki barışılmayası məqamlar fikrimdə təzədən baş qaldırdı. "...hələ yazmadıqlarım", “taleyinə olmayanlarıyla öyünmək düşüb”, "Neynəmək olar”…
Hələ yazmadiqlarının niyə indiyədək yazmamasınını sormaq bəlkə daha düzgün olardı.
Deyim ki o suallar, bu arzularin (səmimi bir dost istəyinin də demək olar) təsirindən yaranmışdı.
Kaş ki, Pərviz “Taleyinə olmayanları ilə öyünmək” ətalətini qələmiylə sindırsın. Aydın bəy 2001-ci ildə oxuduğu bu romanı “ Azərbaycan ədəbi mühitində GƏNCLİYİN MANİFESTİ”-adlandırır. Qoy dostlar yeni manifestlərə sevinsinlər.
Yazmadiqlarinı yazsın və bundan sonrakı yazılanlarsa, azərbaycan gəncliyinin deyil, bütün türk dünyasini manifesti olsun! Allahın verdiyi bu gözəəl istedad yiyəsindən sabahkı gənc türklərə zəngin bədii irs qalsın.
Hamıdan əvvəl özüm 41x41 kərə AMİN deyib gedim.


May 25, 2008 13:00
7
Pərviz yazıb:

Özgür, dostum mənim!

Məgər sən bilmirsən ki, elə suallar var ki, onların cavabını hamının hüzurunda vermək olmur, yalnız kiməsə - iç adamına üzbəüz oturanda deyə biıərsən...

May 25, 2008 13:22

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha