www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

Azərbaycan - Absurd teatrı

Boynuma almaq istəyirəm ki, daha yaza bilmirəm...
 
 

Ağlınıza gələ bilər ki, yəqin adam qorxuya düşüb. Mirzə Sakitin, Qənimət Zahidin, xüsusilə də gənc Aqilin başına gələn absurd ittihamardan gözü qırılıb, daha yazmaq istəmir. BŞBPİ-də müstəntiqlərdən birinin mənə dediyi "a kişi, nəyinə lazımdı axı, ölkə dağılır? Başını aşağı sal, balalarını saxla da!" fikrini dinləyib qələmi qoymuşam qələmdana. Əslində, mən yazmıramsa, elə ilk ağla gələn də bu olmalıdı.

Məsələ isə tamam başqadı. Əlbəttə ki, bu adamlardan qorxmağa demirəm, ehtiyatlanmağa dəyər. Hərçənd ki, bunun da bir mənası yoxdu. 99.9% özünü qoryursan, yerdə qalan o bir faizdə yaxalanırsan; o da bizim bu dünyada yaşamağımızın faizidi. Yəni bu tip rejimlərdə ona qarşı duranlar Tanrının verdiyi yaşam payından cəmi bircə faiz yaşaya bilirlər ki, onu da elə bu bircə faizdə haqlayırlar. Deməli, heç ehtiyatlanmağın da bir anlamı yoxdu.
Natiq Güləhmədoğluna, sonra isə Seymur Həziyevə Kənd Təsərrüfatı nazirliyinə məxsus nömrələrdən gələn açıq hədə-qorxu zəngləri, ölümlə hədələmə təhdidləri göstərir ki, bu cür açıq ölüm hədələri toyda oynamaq qədər sadə bir işdi. Bu da o deməkdi ki, artıq bu hökumət, bu ölkənin başçısı bizlərin qanını ölkənin ən axırıncı adamına da ana südü kimi halal buyurub. Kəndxudanı gör, kəndi çap!
İlk baxışdan elə düşünmək olardı ki, narahat olmağa dəyməz, açıq nömrədən zəng vurub ölüm hədəsi biçən heç bir sarqsaq gəlib adamın başını kəsməz. Dərd ondadı ki, axı bu ölkədə heç nə normal məntiqə uyğun baş vermir ki, sən də bu məntiqə əsasən sabah gedib yapışasan o zənglərin çıxdığı kolxozun ətəyindən və verəsən haqq divanına. Hələ o da ayrı bir dərddi ki, haqq divanı nə gəzir bu xarabada! Kim təminat verə bilər ki, iş o yerə gəlib çatanda sənə sübut eləməyəcəklər ki, bu nömrələr heç də kolxoz idarəsinə aid deyil, mavilərin ev nömrələridi, hədələr də sırf qısqanclıq zəminində baş verib. Və ya ümumiyyətlə belə nömrələr mövcud deyil, 5 il qabaq istifadədən silinib və ya belə zənglər heç yerli-dibli olmayıb, necə ki, Aqil Xəlilə qatarın altına itələndiyi gün ümumiyyətlə metroda olmadığını "isbatladılar".

... Bir dövlətdə ki, dağılmış göydələnin uçqunları altda övladları cavan ömürlərini bir dılğır və qotur məmura qurban vermiş qəlbi qan ağlayan, gözü yaşlı valideynlərin adından prezidentə minnətdarlıq teleqramları təşkil oluna (M.Muxtarov); bir ölkədə ki, döyülüb, bıçaqlanan adama min bir çirkab atandan sonra dövlətin nəhəng bir orqanı bəyanat yaya ki, zərərçəkən, onun valideynləri, vəkili istintaqın uğurla başa çatmasına görə öz təşəkkürlərini bildirir (Aqil Xəlil draması); kasıb şairin cibindən heroin çıxa; bir redaktor dünya dövlətlərini bir yazıyla bir-birinə vura bilə (E.Fətullayev); hətta bir yaşlı oğluna da "Ərhun, imkan daxilində sakit otur" deyən adam kəl boyda bir əməliyyatçı-şairlə cəngə çıxıb onun heyvacıqmı, armudcuqmu sümüyünü "qıra" (Q.Zahid); bir milyona yaxın üzvü olan bir partiyanın guya ən savadlı adamı AŞPA-nın Monitorinq koitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin AŞ PA-nın adından danışmağa ixtiyarı yoxdu deyə (Aydın Mirzəzadə); onun başqa bir əqidə yoldaşı "biz hamımız beynəlxalq təşkilatlardan "Azərbaycanda siyasi məhbus" terminini leksikondan çıxarmağı tələb etməliyik..." deyə (Məlahət Həsənova)... nə bilim vallah, məgər birdi, ikidi... hansını deyəsən? Və hələ üstəlik durub yazı da yazasan!

Məsələn, yazasan ki, Aydın yoldaş, Herkelin işi elə AŞ PA adından danışmaqdı da, YAP adından danışmayacaq ki?.. Vallah, mən şəxsən belə yazı yazan adama gülərdim. Kef eləyin, yoldaşlar, ağzınıza gələni döşəyin, nə qədər ki, kef çəkməli əyyamdı...

 

 



Açar sözlər: absurd-teatrı 

Yazar: PARVİZ | Tarix: May 24, 2008 23:15 | Publisistika | Şərhlər(2) | Baxış sayı: 152

Şərhlər

1
elnare yazıb:

Perviz bey !
icazenizle, kicik duzelish edim..
1 % yooox..
0, 1 %..
bu, besimizdi..olmasa neyneyeceyik ki..?
yoxsa, durub deyeceyik Herkel, senin ishin AS PA adindan danishmaqdir..?
bashimiza at tepib?
..biz bilmirik beyem, Herkel, oz vetendashligindan imtina edib, bizim vetendash olmaq isteyindedir..yoxsa biz bunun sebebini bilmirik?..
cox gozel bilirik..
..canindan bezmeyib ki, Herkel..
bizik beyem?


ne ise..Perviz bey !
Allah, cashdim e, bagishlayin siz Allah..onlar... bize 0,1 % cox gormesin..Size de.

May 24, 2008 23:33
2
Pərviz yazıb:

Yenə də amin!
0,1 % faizi bizə qıysalar, ona da şükr!

May 24, 2008 23:38

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha