TÖRƏN
Şeir oxuduqca
üzün gülər,
dodağın qaçar.
Yörəndəkilərə də oxuyub
ovqat açarsan.
Uçarsan.
Bilməzsən ama
bu şeiri yazanda
şairin üzündən zəhər yağırmış,
it kimi qapırmış
yan-yörəni.
Əldən nə gəlir,
neynəmək olar?
Belədi şeirin yazılma törəni.
Açar sözlər: dəfnəli-şeir
Yazar:
PARVİZ | Tarix: May 27, 2008 10:43 |
poeziya |
| Baxış sayı: 191