28 MAY ANDI
İşdi-şayəd
alnımıza haçansa
ən nəhayət
görüşmək yazılıbsa
və işdi-şayəd
birdən görüşənəcən
vurub məni öldürərlər
deyəmmərəm
gələrsən tanımazsan
vaxtın boşuna gedər
(bu kimin xoşuna gedər?)
deyim nişanlarımı
yaxşısı, indidən bil
(tarix - 28 may
istənilən qara il
meydan - Azadlıq
əynimdə - savaş forması
ağlım kəsəndən bəri
geydiyim nimdaş kəfən
və yeri gəlmişkən...
sən də nişanını söylə
birdən öldürərlər gülüm...
mən də
indidən bilim...
Açar sözlər: dəfnəli-şeir
Yazar:
PARVİZ | Tarix: May 27, 2008 22:50 |
poeziya |
| Baxış sayı: 224