www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

Avropa bizim qanadlarımıza inanmır...

 

 

 

"Eurovision-2008" yarışması bitdi. Bu, son bir neçə gündə qəzetlərdə gedən xəbərlərin demək olar ki, hamısının birinci cümləsidi.
Mənim Samirlə Elnuru nə tənqid, nə də tərif eləmək fikrim var. Ama nəzərə alaq ki, ölkələrə səs göndərən böyük çoxluq peşəkar musiqiçilər deyil, sadəcə musiqidən zövq alanlar, öz siyasi-etnik maraqları olan adamlar idi. Yəni mənim də yanaşmamı səs göndərdiyinə görə fikir bildirmək hüququ əldə eləyən bir fərdin fikirləri kimi qəbul eləmək lazımdı. Bu yazıda musiqiylə bağlı yanaşmalarım olacaqsa, sırf bu yöndən anlaşılmasını istərdim.
Adamlar nə bacarırdılarsa, nə qədər bacardılarsa, onu da elədilər. Nə kimsədən üstün, nə kimsədən zəif idilər. Bircə onu bilirəm ki, Dima Bilan istənilən ifaçıdan çox-çox aşağıydı.
Mənim fikirimdə neçə illərin hasil olan qənaəti odur ki, bu bir sənət yarışması deyil, siyasi məzhəkələr şousudu. Fərq yalnızca ifaçıların siyasətçilər deyil, sənətçilər olmasındadı. Festivalda XXI əsrin içi qurumuş insanının içini şirələndirəcək bir nümunə görmədim.
Bizim yarışaqədərki iddialarımızdan söhbət gedir. Kimlərsə bu birincilik iddiasına dodaq büzür... Məncə isə bir sənət yarışmasında ki, birincilik üçün əsas rolu sənət oynamır, bir festivalda ki, ən yaxşı halda ala-babat nümunələr ortaya qoyulur, o zaman birinciliyə iddia eləməyə hər bir yarışmaçı ölkənin və onun sənətçilərinin tam ixtiyarı çatır. Burda SMS-lərin əsas rol oynadığı da inandırıcı deyil. Qonşuluq prinsipləri də eləcə.
Əsas yerlərin bölüşdürülməsində məntiqi əsas tapmaq üçün nə sənətçilər incələnməlidi, nə SMS-lərin sayı, nə sənət nümunələri. Bunuçün yalnız və yalnız dünyada gedən siyasi-iqtisadi proseslərin dərin araşdırılması aparılmalıdı. Ancaq o halda paralellər tapılacaq, yerlərin bölüşdürülməsindəki məntiq üzə çıxacaq.
Bir anlıq təsəvvür eləyək ki, ildə bir kərə BMT hansısa bir dünya məsələsini musiqili-əyləncəli formatda keçirir. BMT yerinə eyni uğurla Avropa Şurası da yazmaq olar. Hamısı bu qədər. Bu, Azərbaycanın ərazi bütövlüyünün səsə qoyulmasına bənzəyir. Rusiya bizim ərazi bütövlüyümüzü tanıyır, hətta 10 bal verir, dostluq sərgiləyir, ama Ermənistana 12 bal verməklə verdiyi 10 balın üstündən 2 qara xətt çəkir. Türkiyə bir qardaş kimi verməli olduğu 12-ni bağışlayır, ama deyir: bağışlayın, mən öz dövləti maraqlarımı və erməni-kürd vətəndaşlarımın səsini sizə peşkəş eləyən deyiləm. Türk dövlət başçıları adi, primitiv bir məntiqi gözdən qaçırırlar ki (bir daha deyirəm, bu ciddidən bir sənət yarışması olsaydı, mən hətta Azərbaycanın Ermənistana 12, Tyrkiyəyə 1 bal verməsini də anlayışla qarşılayardım, təbii ki, erməni musiqisi bunu haqq etsəydi; necə ki, çox rahatlıqla demək olar ki, Qrant Matevosyan Anardan daha yaxşı yazıçıdı), düşmənə səs verməklə cədvəldəki mövqeyini yalnız aşağılaya bilərsən. Bununçün səni heç kim yuxarı çəkməyəcək. Sərtap ƏRƏNƏR bir neçə il əvvəl həmin bu "Eurovision"da birinci yer tutanda Türkiyədən Rusiyaya bir neçə abırlı bal bağışlamışdılar, Rusiya isə onlara bircə bal belə qıymamışdı. Mən Rusiyadaydım. Bunu intellektual bir rus tanışımın gözünə öz böyüklüyümüz, onlarınsa cılızlığı kimi soxanda, o tövrünü pozmadan bizim siyasi cəhətdən inkişafdan qaldığımızı mənə anlatdı. "Sən öz real rəqibini ballandırırsansa, sənin bu böyüklüyün yalnız səni kiçiltməyə xidmət eləyir",- dedi.
"Hürriyyet" qəzetinin yazarı Yılmaz ÖZDİL də öz yazısında elə bunu deyir:
"Bizə gəlincə...
Sərhədlərini qorumaq üçün Məhmətcik göndərdiyimiz, liman satdığımız İsraildən "sıfır" gördük... "KKTC sizə fəda olsun" dediyimiz Kipr Rumundan "sıfır" aldıq... "Hamımız Erməniyik" dediyimiz Ermənistandan "sıfır" qazandıq... "Dostum Kosta" dediyimiz, bank satdığımız Yunanıstandan "sıfır" götürdük... Mədəniyyətlər İttifaqı etdiyimiz İspaniyadan da "sıfır"...
Saflığı, sadəlövhlüyü buraxmanın zamanıdır."


Eyni sözləri Azərbaycan üçün də demək olar, demirəm. Aydın olanı deməzlər. Bizim turbamızın da DUZU YOXDU...

Xeyir mələyi rolunda

Bizim aldığımız yer bizim musiqimizin aldığı yerdi, ala bilmədiyimiz ilk 3-4 yer isə bu rejimin, bu iqtidarın və neftimizin Avropada aldığı yer. Bizim neftimizə, qazımıza bir qoz verən olmadı. Biz yarışa öz yeraltı sərvətlərimizi göndərmişdik - Samirlə, Elnurla, Gövhər Həsənzadənin bəstəsi, kompozisiyasıyla. Samir, Elnur, Gövhər xanım layiq olduqları pilləni qazana bildilər, neft-qaz yiyələri isə iddialı olduqları pillədən uzaqda qaldılar. Qalacaqlar da. Azərbaycan hökuməti həmişəki kimi dünyaya, Avropaya özünü mələk cildində sırımağa niyyətliydi... inanmadılar. Bu qanadlar həqiqi deyildi. Neftdən gələn milyonlardan hörülmüş TAXMA QANAD hələ mələk olmaq anlamına gəlmir. İmitasiyalı demokratiya ilə Avropanı... barmağına dolamış Azərbaycan bu dəfə də imitasiyalı qanadları ilə kələk gəlməyə çalışdı. (Hələ ən intim yerlərimizi də Avropanın gözünə soxduqsa da, yenə də xeyri olmadı, adamların gözü yerindən çıxmadı.) "Mələk" ingilis dilində ötsə də, Avropa ağzıyla oxusa da, xeyri dəymədi. İngilisin dilində oxumağı yox, "danışmağı" bacarmaq lazımdı. Avropa bizim öz dilimizdə oxumağımızı, onların dilində danışmağımızı gözləyir bizdən.
Azərbaycan isə tərsinə yol tutub. Gəlin bütün anti-demokratiya faktlarını bir kənara tullayıb, bircə son faktı yada salmaqla hətta primitivizmə yuvarlanaq. Söhbət dövlətin öz vətəndaşı Əli Kərimliyə ümumvətəndaşlıq, yəni el dilində desək, xarici pasport verməməsindən gedir. Sən ingilisin öz tədbirinə dəvət elədiyi bir adama, lap deyək sıradan bir vətəndaşa onun ən doğal haqqı olan bir pasportu vermirsənsə, yəni vətəndaşınla öz məhəlli azəricəndə danışıb, bunu Avropaya ingiliscə "oxuyursansa", deməli, ingilisin-Avropanın sənin qanadlarına inanacağından əlini ömürlük üz - istəyir qanadlarından neft-qaz yox, təmiz Lerik balı damsa belə, onlar sənə bal verməyəcəklər. Sənin qanadların gülüşdən başqa bir şey doğurmayacaq...

Şeytanın içindən gələn səs - muğam

Mahnının mətni təxminən beləydi ki, Ağ mələk Qara mələyə içindəki SƏS-i dinləməyi təmənna eləyir. Avropa boğazıyla, Avropa stiliylə. Təxminən belə bir eyniləşdirmə aparaq: Avropa Şurası Azərbaycandan demokratiya tələb eləyir, tövsiyə eləyir, onu inandırmağa çalışır ki, biz (öz demokratiyamızla) hər yerdəyik. Sən də... haqqa gəl, haqqı tanı, olma fani aləmə mail, oyan... cahil, oyan... Adamı maraq götürür: görəsən şərin içində oyanacaq o səs nədi? Məntiqlə xeyir mələyinin tövsiyə elədiyi o səs onun özündən çıxan səs olmalıdı. Ama elə olmur. Şərin içindən muğam çıxır - yəni O İLAHİ SƏS - həmin səsin nə olduğunu bilirik və belə məlum olur ki, bayaqdan bəri xeyirin çıxardığı səs özü işıqlı səs deyilmiş. Şər isə öz qara rəngini dəyişib AĞ olur... Qara paltarı ağa dəyişib xeyir mələyi ola bilməyə yalnız azərbaycanlıları inandırmaq olar.
Mənə isə elə gəlir ki, muğam oxumur, muğama maya qoymur neynəsin, Şeytan elə şeytandı və onun dəyişəcəyinə, demokratiyaya-haqqa gələcəyinə ümid yoxdu. Bir cıqqan da!
Qanadlarınızı çıxarın, ağalar! Onsuz da kimsə inanmır...

Allah müasir Azərbaycan dövlətinin, dövlətçiliyinin banisi Məmmədəmin Rəsulzadənin ruhunu şad eləsin. O vaxt bizim qanadlarımız da taxma yox, həqiqi olacaq. Olsun ki və mümkündü ki, hələ uça da bildik... 28 May bayramımız da onda qutlu olacaq.








Açar sözlər: eurovision-2008 

Yazar: PARVİZ | Tarix: May 28, 2008 12:56 | Publisistika | Şərhlər(12) | Baxış sayı: 230

Şərhlər

1
EsmaNur yazıb:

Eline,üreyine sağlıq.

May 28, 2008 16:27
2
Pərviz yazıb:

Sağ ol əzizim EsmaNur.

Fikirlərimi bölüşdürməndən sevindim.

May 28, 2008 19:44
3
ULVİ yazıb:

tebrik ederim seni perviz bey kuran'daki bazı ayetleri tercüme etmişsin adeta yüreğine sağlık

May 28, 2008 22:54
4
Pərviz yazıb:

Ulvi bəy, bir daha təşəkkürlər. Mənim qurandan ayələri tərcümə eləməyə gücüm yetməz, mənimki - bir türk insanının içini tərcümə eləməkdi.

May 29, 2008 10:33
5
Gülər yazıb:

Trubamızın duzu yoxdu.
Qanadlarımız taxmadı-saxtadı.
Arzularımızın qanadı yoxdu...

May 29, 2008 19:57
6
Özgür yazıb:

Başdan-başa toyxanaya çevrilən, çal-çağır ölkəsində hələ də belə düşünən, dərk edən, yazmağa cəsarəti çatan varsa-ürəyinə və əlinə sağlıq.
" Olsun ki və mümkündü ki, hələ uça da bildik... "- inanmaq istəyirəm. Bir cıqqan da olsa...

May 29, 2008 20:29
7
Pərviz yazıb:

Adam, Özgür, niyə bu qədər bədbinsən?
Toyxana bizimlə - səninlə nə qədər identifkdi ki?
Biz səhrada bitən tək güllərin eşqinə yaşayırıq...
Biz uçacağıq mütləq, ama sən də mütləq orda olqacaqsan...

May 30, 2008 1:31
8
Pərviz yazıb:

Gülər, xoş gördük.
Arzularımızın qanadı yoxdu, yazırsan. Məncə, taxma qanaddansa elə olmasa yaxşıdı.

May 30, 2008 13:16
9

"Eurovision-2008" BENCE BU BİLE ÇOK İİ DERECE ÖNÜMÜZDEKİ YARIŞMALARDA İNŞALLAH TÜRKİYE VE AZERBAYCAN İLK 2Yİ ALIR

May 31, 2008 0:59
10
Pərviz yazıb:

İnşallah, Türk oğlu!
Qoy biz euroviionda yox, bütün Avropada birincilər olaq - demokratiya və azadlıqda...

May 31, 2008 1:07
11
Sabina yazıb:

Azerbaycanda bele dushunen gencler hele de varsa geleceyimiz parlaq olacaq. Bele genclerle fexr edirem!

İyun 4, 2008 13:49
12
Pərviz yazıb:

Sağ ol, Sabina!
Elə siz də belə düşündüyünüz üçün biz də sizinlə fəxr edirik.

İyun 4, 2008 15:41

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha