www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh
HÖKM
 
 
 

 


“Tükəndi səbrim...
yoruldum...
qanadlı eşşək olmaqdan
biabır oldum.

Əlimdə faktlar var
Tanrıya dair.
Onun səbri 40 ildi,
pah, mənə nə?
40 il mənim cəmi ömrümdü...
və sair
və ilaxır.

Mən də bu gündən
gedirəm satılmağa.
Bundan belə
qanadsız at olmağa.
Xoşbəxtəm,.. ağam...”


Açar sözlər: dəfnəli-şeir 

Yazar: PARVİZ | Tarix: May 31, 2008 12:53 | poeziya | Şərhlər(3) | Baxış sayı: 179

Şərhlər

1
Özgür yazıb:

Satılmaq?!!!
Harda? Neçəyə?
Və bir də...
Səni nə tükətdi?

İyun 1, 2008 14:21
2
Pərviz yazıb:

Dostum!
Sən məni - müəllifi əsər qəhrəmanı ilə səhv saldınmı? Bu əksər Azərbaycan oxucusunun ən zəif yeridi.
Eşq olsun!

İyun 1, 2008 14:27
3

bax buna deyereeeem gozel. cox gozeldir. bu vaxta qeder niye girib sherlerini oxumurdum bilmirem. confused maraqli sherlerin vare. smile

İyun 24, 2008 0:30

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha