BAYRAM OVQATI
Bu gün nə olub mənə,
desəniz, nə, qardaşlar?
Gün boyu dayanmadan
yaşarır gözüm,
nə var axı bu gündə
bəlkə, havasında var
belə dolub-boşalma?
Gözəl bayram günüdü,
evdəyəm,
sakitəm,
dincəm,
hələ ki sınmamışam
elə yaşlanmamışam,
demək olar ki, gəncəm...
bu gün nə olub mənə???
Bu gün...
Mayın 28-i...
İl isə ..18 deyil,
2008-di il...
Açar sözlər: dəfnəli-şeir
Yazar:
PARVİZ | Tarix: İyun 1, 2008 17:27 |
poeziya |
| Baxış sayı: 161