DÜNYA GÖZƏLLƏŞƏN GÜN
Bir gün axşam üstü deyil,
sevgi üstü çağında
qəfildən dolu başlar
dünya dolu.
Dəfnə çələnglərinin
yağmuru yaxalayar
qaxac olmuş şəhəri,
kimsə bilməz nə olur...
Adam da, it də, pişik də,
torpaq da, daş da, polis də,
hətta cənabi İblis də
gözəlləşər.
Dilədiyin gün yetişər...
sinirlərin pozulan gün.
Çətir açıb bu doluya
itirərsən,
başın əlində olmaz,
çətirin çələng taxar.
Düz-dünya düzələn gün
sənin başına daş düşər.
Açar sözlər: dəfnəli-şeir
Yazar:
PARVİZ | Tarix: İyun 5, 2008 10:40 |
poeziya |
| Baxış sayı: 226