www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

PƏRVİZ:


DƏCƏLLİYİM İÇİMDƏDİ

 

Uşaqlığımın həm böyüklərimdən öyrənib bildiyim, həm də xatırladığım çağlarında (elə indi də) heç vaxt dəcəl olmamışam. Dəcəllik və bütövlükdə bütün psixoloji hallar məndə dışarı deyil, içəri yönəlikdi.

...Birdə-zadda oxuyurdum. Qohumlardan birigilə getmişdik. Yük yığılmış taxçaya söykənib yerdən-döşəmə üstdə oturmuşdum. Nə təhər oldusa, taxçanın altında gözəl bir avtoqələm olduğunu duydum - mürəkkəblə yazan. Deyim ki, iki-üç saniyəlik işi evə gedənəcənki iki-üç saatda tər tökə-tökə, nə zülüm-billahla yerinə yetirib o qələmi corabıma soxdumsa, bir Allah bilir. Ancaq sən demə, əziyyətim və belə bir şeyə nail olma sevincim hədərmiş; cinayəti görürmüşlər və sabah gəlib səssiz-sovsuz qələmi apardılar.

...Orta məktəb zamanı ən böyük kriminal hadisəm, Rayon Xalq Maarif şöbəsi müdirinin oğlu və məktəbin əlaçı-nümunəvi şagirdi ola-ola hər iki Onuncuları dərsdən qaçmağa çağırıb, buna nail olmağımdı; özü də bizim onuncuya məktəb direktorunun qoşa dil-ədəbiyyat dərsiydi; qışdan yenicə qurtulduğumuz gözəl bir yaz günüydü, havanın şəfqətindən torpaqdan buğ qalxırdı; belə bir gündə sinfə qapılıb hansısa sarsaq şairin sicilləmələrindən danışmaq məncə, günah olardı. Evə yenicə çatıb ləzzətlə Dostoyevskinin "İDİOT"unu oxuyurdum ki... zəng gəldi, dalağım sancdı... Elə həmin gün bütün onuncuları qapı-qapı yığıb tuluğumuzu göyərdənəcən məşəqqət verdilər; o günə qanlı yaz günü də demək olar.

Orta məktəbdə iştirakçısı olduğum əsl kriminal bir olayısa indi də özümə bağışlaya bilmirəm; bir tərəfdən də sevinirəm ki, nə yaxşı, mənim krim-xronikamda da adamın insanlığına dəlalət eləyən bir-iki belə nöqtə var...

Moskvada əsgərlikdə hansısa yenicə inşa olub bitmiş gizli bir obyektin səkkizinci qatının komendatıydım; bir gün otağıma çəkilib cızma-qarayla məşğulkən əsgərlər qatın bütün təmirini pis günə qoymuşdular. Demə, baş ştabdan gəlmiş nəhəng komissiya binanı gəzirmiş. Mənim mərtəbəmin nə günə düşdüyünü görən general məni otağımdaca yaxaladı. Düzü, xəcalət çəkdim.

Polisə, bircə dəfə, R.Rövşəngildən qayıdanda Elçin Səlcuqla düşmüşəm. Dairəmizdə geniş yayılmış "Alə, sən də həcisən?" deyimi də o insidentdə mənim başıma gəlməklə yaranıb.
Sonuncusu isə... Dünyaya gəlmək və Azərbaycanda yaşamaqdan böyük KRİM ola bilməz!

 

Açar sözlər: dedektiv 

Yazar: PARVİZ | Tarix: İyun 10, 2008 23:03 | Orda-burda | Şərhlər(0) | Baxış sayı: 127

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha