VARMI MƏNİ ÖTÜRƏN

Başım
rədd olub
Qərbə yollansın
çiynimdən
ildırım sürətiylə
qoparaq.
Ayaqlarım
itilsin gözümdən
atılsın,
qurtulsun,
tullansın,
ürəyimi də
belinə alsın
bir baş Şərqə sarı...
Sağ qolum -
Cənuba,
sol qolum -
Şimala
ayırsınlar yolları.
Daha qala bilmirəm,
çıxıb getmək istəyirəm.
Varmı məni ötürən?
Nəşim qoy yerdə qalsın,
canavarlar götürər...
14.06.08
Açar sözlər: dəfnəli-şeir
Yazar:
PARVİZ | Tarix: İyun 14, 2008 10:35 |
poeziya |
| Baxış sayı: 124