www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

AY BULUDA GİRDİ

Ay

buluda girdi.

Bulud qaraydı,

bozardı,

uddu Ayın

işığını.

Ama

Ayın ürəyi qaralmadı,

bulud çəkildi,

Ay təzədən

doğuldu.

Ay

buluda girdi,

mən

sənin ürəyinə.

Nəfəsin qaraldı,

ürəyin çəkildi,

mən boğuldum.

Ay

yeni buluda girdi...

Mən görmədim,

mən dənizdəydim,

mən

dənizin dibindəydim.

...Mənə

balıqlar

xəbər gətirdi.

16.06.2008


Açar sözlər: dəfnəli-şeir 

Yazar: PARVİZ | Tarix: İyun 17, 2008 14:30 | poeziya | Şərhlər(7) | Baxış sayı: 154

Şərhlər

1
Korpe yazıb:

Seni yarandan qana...........................

Mene hec xeber getiren baliq da yoxdu sad

İyun 17, 2008 18:14
2
Pərviz yazıb:

sad
Körpə, nə olub sənə?

İndi balıqların qiyməti də elə qalxıb ki...

İyun 18, 2008 9:59
3
Özgür yazıb:

Körpə, səni... tez böyüyəsən və dənizdə boğulasan.

İyun 19, 2008 12:30
4

salam
qaldırım ayaqlarının altında yeni bir bloq achmişam və sizin sevimli ayaq izlərinizi habelə dəyərli sərhlərinizi gözləyirəm.
buyurun lütfən

hrmətlə
elyad musəvi

İyun 21, 2008 15:11
5
Şəbnəm yazıb:

Salam.
Çeri o qədər çox bəyəndim ki.. Mənalıdır..

İyun 21, 2008 18:02
6

Heqiqeten cox menali ve gozel sherdir. Ehsen. smile

İyun 23, 2008 23:55
7
Pərviz yazıb:

Sağ olun dostlar!

Hər xoş söz bir neçə xoş an deməkdi. Bu da bu halımızda elə "əsrə bərabərdi"...

İyun 24, 2008 0:06

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha