SÜRPRİZ

...
pıçapıç...
pıçapıç...
düz bir saat...
yağmur nə danışdı,
nə
pıçıldadı
evlərin qulağına,
damına,
həyətinə,
torpağına,
qumuna,
ağacların yarpağına...
bilmədim,
duymadım.
qürurdan
özümü
o yerə
qoymadım.
Az sonra
gün çıxdı.
Bu arada
səndən
sürpriz məktub gəldi.
Açdım
zərfdən
düyün çıxdı.
Pıçapıç
Nikolaydanqalma
tikilməmiş
bir ev yıxdı...
23.06.08
Açar sözlər: dəfnəli-şeir
Yazar:
PARVİZ | Tarix: İyun 23, 2008 11:48 |
poeziya |
| Baxış sayı: 198