www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

AY DA 

 

Bir ortaq

havamız olmadı -   

dinləyib

ortaq olmayan

zamanlarda,

məkanlarda,

inləyib

eşq içi tökək.

 


Bir ortaq

havamız olmadı -

yanımızdakının

havasından boğulanda

çəkək içimizə,

sən orda tək,

mən burda tək.

 

Bir ortaq

sözümüz belə olmadı, dünyada...

eşitsək

bir iç çəkək:

“Ay da... ay da...”

 

Biz,

ayrı yaşadıq, gülüm,

birimiz yerdə,

birimiz Ayda.

 

Yaşadıq barı!

Ay daaaaa...

 

02.07.08.


Açar sözlər: dəfnəli-şeir 

Yazar: PARVİZ | Tarix: İyul 9, 2008 10:46 | poeziya | Şərhlər(6) | Baxış sayı: 227

Şərhlər

1
Natiq yazıb:

Yashamak guzel sheydir kardeshim

İyul 9, 2008 12:02
2
Pərviz yazıb:

Ay daaaaaaaa!

İyul 9, 2008 12:04
3
Gülər yazıb:


Ay daaa!!! Bu şeir...şeir deyil, bir içim suydu.

İyul 9, 2008 12:47
4
DEV yazıb:

Bir dodak havamız olmadı..
bir birimizə pay verək
öpüşəndə....
nəfəs kəsdi eşqin ehtirasın

Bir dodaq yuvamız olmadı eşqimizi yatıralım dilimizdə
onunçun susduq və sevdik dağıtdıq bütün sevgilərin yuvasın tökdük düzlərə

İyul 9, 2008 20:03
5
sima yazıb:

ortaq havamız yoxsa da, barı ortaq duyğular olsun!!

İyul 11, 2008 22:03
6
Pərviz yazıb:

Sima, "yaşadıq barı" yazmışam ha, bu elə o deməkdi ki, hər şey ortaq olub, biz ayrı-ayrı yaşasaq belə... hər şey, hər şeir ortaq olub, "ayy da" sözünəcən.

Sağ ol Sima!

İyul 11, 2008 22:48

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha