SALAM DOSTLAR. BU YAXINLARDA ÇAPDAN ÇIXACAQ "HƏR SABAH YAŞAM" KİTABIMDAM BİR ŞEİRİ SİZİN OXUNUZA VERİRƏM. BUYURUN BAXIN.
AĞACLARIN AYAQLARI
Sahil parklarında
ağacların üzü
dənizə baxar.
Üzü dənizə bitən
ağacların
gəmiyə minib
dənizi dolaşmaqdan ötrü
ürəyi axar.
Öndə göy dəniz,
dənizdə -
göyərmiş özgürlük.
dənizin üzünə
yaxmac kimi çəkilmiş
neftin altında
boğulub
gəbərmiş özgürlük.
Arxada...
yasaqlanmış,
unudulmuş bir ada -
“AZADLIQ” meydanı.
Hanı,
hanı, azadlıq
hanı?
Hürr başı
uçunar
bir - dənizə,
bir - dartınar
Meydana sarı...
Ama hanı?..
Ağacların
üstü betonlanmış,
asfaltlanmış,
zəncirlənmiş ayaqları!
Can atar,
ayaqlar can atar
yer altdan
Meydana sarı.
Açar sözlər: dəfnəli-şeir
Yazar:
PARVİZ | Tarix: İyul 20, 2008 16:51 |
poeziya |
| Baxış sayı: 282