www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08.
İÇ-İÇƏ - içi olanların EVİ
Azad Soz - Azad ruh

"Hər sabah yaşam"dan sonra...

 

QATAR GƏLİNCƏ

 


 

Səndən sonra,

sən gedən kimi...

 

başımı xarab eləyən ayrılığı

içirib-içirib

kefləndirmək

düşdü beynimə.

İncimə,

şüşə ürəklim,

mən atmışdım ayrılığı,

onu sən qaytardın

ömrümə.

Daha ondan başqa

ömür yoldaşı görmürəm

yolları ayırmağa,

qurmağa.

Dəmir yolların dizinə baş qoyub

qatar gəlincə...

təmiz tut arağı

vurmağa...

 

05.09.08


Açar sözlər: kitabdan-sonra 

Yazar: PARVİZ | Tarix: Sentyabr 5, 2008 13:35 | poeziya | Şərhlər(13) | Baxış sayı: 204

Şərhlər

1
ceyhun nagi yazıb:

salam gozel oglan, necesen. sherin bombadir. amma tut aragi nese duz getmedi e orda,,,, amma butun hallarda tut araginin yeri var

Sentyabr 5, 2008 13:58
2
asif eminov yazıb:

Yene Pervizin prizmasi. Senin sheirlerin hemishe ferqli olub. Senin desti xettin hamini yazilarina cezb edir. Tebrik edirem. Ugurlu alinib. Super bir sheir. Oxuduqca ferehlendim. Seni qiyabi de olsa, tanidigima gore qurur duydum. )))
Ve yene de... Yene de... Ilham perilerimin bashini qapazliyib, oyan-oyan deyen sensen... )))

"Qatar gelince,
bash goturub
gedecem burdan.
Bir elimde goz yashin
bir elimde son mektub
Itecem burdan
Uzaq sheherlere"...

Sentyabr 5, 2008 14:02
3
asif eminov yazıb:

Senden sonra
Sen geden kimi...
Koksum acildi,
Goylerden
yagish yagdi.
Icim boshaldi birdefelik.

Sentyabr 5, 2008 14:08
4
Dev yazıb:

Dünya girdədi gedən qatarlar tərpəndiyi yerə qayıdır. Amma sən orada olmursan. Səndən ayrılmaq sevginə qovuşmaqdırş Sən insansan sevgin ilahidir. Səni qəlbimdə qoyub uzaq yollarda axtarmağı çox sevirəm!

Sentyabr 5, 2008 21:33
5
elnare yazıb:

hec dushundunuzmu ki, Siz ayriligi atandan sonra o kefli kimi gezirdi..
ele siz de..
yaxshi ki, her ikiniz ayildiniz.

Sentyabr 6, 2008 2:06
6
Aqil Xelil yazıb:

Fil, serin cox maraqlidir... Here bir cur serh yazir... Amma dushunmurem ki, sohbet burada tut aragindan gedir... Esas mesele SENDEN sonra ve SEN geden kimi... misralaridir...
Daha ondan başqa
ömür yoldaşı görmürəm
yolları ayırmağa,
qurmağa...
Opurem qardash...

Sentyabr 6, 2008 2:34
7
Pərviz yazıb:

Bəylər və xanım Elnarə!

SİZƏ TƏŞƏKKÜRÜ GECİKDİRDİYİMƏ GÖRƏ YƏQİN İNCİMƏMİSİZ?

Ən azı belə ümid eləyim...

Sentyabr 18, 2008 12:49
8
Mehin yazıb:

http://mehin.azeriblog.com/2008/09/18/sirr-achmanin-sirasi-mende#comments
(sirr paylaşma oyununa dəvət olunursuz)

Sentyabr 18, 2008 17:58
9
Şəbnəm yazıb:

Belədir dəə bu vəfasızlıq və ya vəfasız yar (əgər yar demək olarsa). İnsanı o qatarın dizlərinə baş qoymağa belə məcbur edər. Amma, dəyərmi?
O arağı da ki sizin badənizdən vuran o olacaq. Onun üçün axıtmağa belə dəyməz.

Sentyabr 27, 2008 15:13
10
Pərviz yazıb:

Şəbnəm xanım! Dəmir yoluna qədər gəlib çıxdığına görə təşəkkürlər.

Ama bir bilsən o YAR KİMDİ!!! Onda bu relslərdən sən özün də çətin ayrılasan...

Sentyabr 28, 2008 19:50
11
Şəbnəm yazıb:

redface bir az da diqqətlə oxuyam gərək!

Sentyabr 30, 2008 13:12
12
opal yazıb:

000000___00000
_00000000♥0000000
_0000000000000000
__00000000000000
____00000000000
_______00000
_________0
________*__000000___00000
_______*__00000000♥0000000
______*___0000000000000000
______*____00000000000000
_______*_____00000000000
________*_______00000
_________♥________0
_000000___00000___*
00000000♥0000000___*
0000000000000000____*
_00000000000000_____*
___00000000000_____*
______00000_______*
________0________*
________*__000000___00000
_______*__00000000♥0000000
______*___0000000000000000
______*____00000000000000
______*______00000000000
_______*________00000
________*_________0
_________*________*
_________*_______*
__________*______*
___________*____*
____________*___*
_____________*__*
______________**
_______________

Oktyabr 19, 2008 16:51
13
Pərviz yazıb:

Opal, adam, əzizim, bu şərhi mənimçün şərh eləməzsən?

Bəlkə bu fars əlifbasıyla yazılıb?

Oktyabr 19, 2008 17:07

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha