Azad Soz - Azad ruh
Amerikada çox maraqlı bir hadisə baş verib; bir məhbus qaçmaq qərarına gəlib; mələfələri bir-birinin ucuna düyünləyərək pəncərədən sallayıb və rahatca enməyə başlayıb. Əməliyyat tam incəliyinəcən hazırlanmadığından uğursuzluqla sonuclanıb - "kəndir" yerə 5-6 metr qalmış bitib, adam düşüb yerə və ayağını qırıb. Deyəcəksiniz, noolsun? O olsun ki, adam götürüb verib həbsxana rəisini məhkəməyə ki... niyə o məhbəsdə nəzarəti gərəyincə təşkil eləməyib, mən də qaçanda yıxılıb ayağımı qırmışam?
Davamı...Açar sözlər:
Sevilməyə bir stansiya qalmış
(povest)
BEŞİNCİ KƏLMƏ
"Diqqət-diqqət!
Birinci xətdən yola çıxan sürət qatarına minik başa çatır! Sərnişinlərdən xahiş olunur ki, fikirlərini cəmləsinlər..."
Səs cansızdı; lent yazısı olduğu gün kimi aydındı; ən maraqlısısa oydu ki, yazı nəsə ağzıbağlı dəmir qutu içində lentə alınmışdı.
Dörddcə vaqonluq qatar gözalabildiyindən çox iri, çox da nəhəng gəldi gözünə; azmanlığı gözə sığmasa da, duyulandı.
Davamı...Açar sözlər: po-vest
Azərbaycana əsl İSLAM Babəkin savaşlarının sayəsində gəlib, ərəb ordusunun yox...
"Alma" "hansı yaxşıdır: Allahsız, yoxsa ağsaqqalsız yerdə oturmaq" sualına cavab axtarışında bulunub. Və sual tam olaraq belə qoyulub: "Azərbaycanlılar dini hisslərində səmimidirmi?"
Qəzetdə suala üç nəfərin fikri verilib. Hacı İlqar İbrahimoğlu "O necə ağsaqqalldır ki, oturduğu yerdə Allah yoxdur?!" deyib; Ağalar Məmmədov, ümumiyyətlə azərbaycanlıların heç bir şeydə səmimi olmadıqların bildirib və Seymur Baycandan bir sitat gətirib: "Milli qəhrəmanı Babək, peyğəmbəri Məhəmməd olan xalqdan hər şey gözləmək olar"; Seymur özü isə fikrini belə ümumiləşdirib: "Oturduğum yerdə nə Allahın, nə ağsaqqalın olmasını istəmirəm" (qrammatik açıdan "istəyirəm" yazılmalıydı - P.).
Davamı...Açar sözlər:
Tehran Əlişanoğlu
3.05.2007
“Bizim əsr”, 28 avqust 1999
Avanqard – Ədəbiyyatın çağdaş reallığıdır;
avanqardsız ədəbiyyat yerində sayır, yaxud da
duruxmuş, özünə dalmışdır və bugün-sabah onu
verəsidir. Bizim EQO beləcə, əsrin sonuna qəfil
cavab kimi, duruxmuş ədəbiyyatın zamana
reaksiyası kimi gəldi.
Davamı...Açar sözlər:
Əsər qəhrəmanı ...
Ona görə də sən şairdən və nasirdən, yazı və ya əsər yazandan çox, əsər qəhrəmanına oxşayırsan - bir az dəlisov, bir az mürgülü; bir az qəliz, bir az sadəlövh; bir az xilaskar, bir az inkivizitor; bir az xəyalpərvər, bir az hissiz; bir az real, bir az irreal... Bir az mömin, bir az asi! Bir az uşaq, bir az qoca...
Davamı...Açar sözlər:
Hər il 20 yanvarda Şəhidlər Xiyabanını kütlə şəklində ziyarət eləməklə, hər Aşurada zəncir vurub qan çıxarmaqla, "ya Hüseyn, vay Hüseyn" deməklə iş bitmir!
Bitmir, mənim əziz qardaşlarım! Bitmir, bitmir... uzandıqca uzanır. Uzanır, qardaşım!
20 yanvarda SSRİ-ni dağıtmaq istəyənlər başqa 15 qardaş kimi Azərbaycan xalqına da bir açıq-saçıq dərs verməklə anlatmağa çalışdı: "Bax, budur, - dedi,- sizin sevimli SSSR-iniz, sizin böyük qardaşınız, şanlı, əziz Respublikanız..."
Rus rusluğuyla bizə ağıl və Azadlıq dərsi verirdi, 80 ildə öldürülmüş mübarizə və özgürlük hissimizi qəflət yuxusundan oyatmağa çalışırdı. Hər hansı oyunlar oynanıldığından asılı olmayaraq rus-faşist ordusunun qarşısına əliyalın çıxanlar əsl ərənlər idi. Məqsədi qətliam törətmək olan bu faşistlər isə mahiyyətcə və özləri də bilmədən humanist missiya həyata keçirirdilər.
Davamı...Açar sözlər:
Qabaqki yazılar
-
">DƏFNƏLİ ŞEİR
-
">DƏFNƏLİ ŞEİR
-
">DƏFNƏLİ ŞEİR
-
">DƏFNƏLİ
-
">DƏFNƏLİ ŞEİR
-
">"DEDEKTİV" qəzetinin 22 yanvar 2000-ci il sayında dərc olunub
-
">"AZADLIQ"+"PROLOQ"
-
">DƏFNƏLİ ŞEİR
-
">dəfnəli
-
">dəfnəsiz
-
">Eurovision-2008
-
">dəfnəli şeir
-
">DƏFNƏLİ ŞEİR-13
-
">"AZADLIQ"DA
-
">"PROLOQ"DA
-
">"AZADLIQ"
-
">Dəfnəli şeir-6
-
">Dəfnəli şeir - 8
-
">yanır...
-
">Dəfnəli şeir-7
-
">intellektual
-
">GÜNDƏM
-
">OVQAT
-
">POEZİYA
-
">İNTERVÜ
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Yazıların cəmi: 25
Sonrakı səhifə »