Azad Soz - Azad ruh
(esse-3)
Sənə yenə də cavab yox, DƏRD yazıram...
Kədərin xeyir, qardaş! Ağrıların-acıların necədi? Səni yenicə qədəm basdığımız QƏM (1999) münasibətilə ürəkdən təbrik edirəm. Mənə yazdığın EŞQİ də həmin QƏM gecəsi QƏM süfrəsi başında oturanda ƏVVƏLİM (atam) mənə verdi və vəfasızlıqda xeyli suçlandırdı.
Davamı...Açar sözlər:
SÖZ...
(ESSE)
Madam ki, "başlamaq"la başladım, deməli, başlamağa başlamışam və bu da o deməkdi ki, nəsə davam eləməlidi.
İş ondadı ki, biz ya başlayırıq, ya qurtarırıq. Bizdə bu iki əməlin arasında əməl olmur, əməlsizlik olur. Məsələn... Qoy bu məsələni qoyum bir qırağa, qət-təzə başlamaqdan laf edim.
Davamı...Açar sözlər:
Köşə yazarı Qan Turalı
və ya Anarın köşə yazıları...
"Yazar"... Bəlkə də bir ədəbiyyat qəzeti üçün bundan uğurlu ad seçmək çətin olardı, həm də ona rəğmən ki, ədəbiyyat aləmində nə də bol olmasa, söz baxımından korluq yoxdu. Və ona da rəğmən, ədəbiyyatda və ədəbiyyatçılar arasında ən geniş yayılmış xəstəlik elə KORluqdu...
Davamı...Açar sözlər:
Gəlin, sizə bir xəbər verim. Cəfəng bir ittihamla məhbəsə salınmış satirik şair Mirzə Sakitə dünyanın dörd bir yanından 6000-dən çox məktub və açıqca gəlib - Hollandiya, Avstriya, Fransa, Amerika, Norveç... Yazırlar: "Biz Sizinləyik, Mirzə Sakit!" Qısa və konkret...
Davamı...Açar sözlər:
"O"
(Kilkə - 5)
...Polis yanındakılara: "Dayanın, heç kim içəri keçməsin!" - dedi, suyu şappıldada-şappıldada özü keçdi. İçəri zülmət idi; əllərini divara sürtə-sürtə, peşəsinin yiyəsi kimi, ehtiyatla, səssizcə irəliləyirdi. Gəl ki, çəkmələri suyla dolmuşdu və addım atdıqca ayaqları çəkmələrinin içində fırçıltı salıb sükutu pozurdu. Bütün işıq düymələrini tapıb əlləşdirdi, yananı olmadı. Lampalar zay olmuşdu. Ayağı ilişib yıxıldı və suya uzanmışın düz qucağına düşdü. Uzananın ımıldanmadığını görüb, qulağını döşünə söykədi. Ürəyinə qulaq asdı. "Boğulub", - dedi öz-özünə, qayıdıb qapının ağzında gözləyənlərdən gözü aldığı, "ləçər" - deyib qışqıran qadının qolundan yapışıb şahid kimi içəri çəkdi. Obirilərinə "Dağılışın!" əmrini verdi. Şahid qadının ərindən kibrit alıb: - Sən burda gözlə, - dedi.
Davamı...Açar sözlər:
Astaranın Ərçivan kəndinin tanınmış ziyalısı Vaqif Əhmədoğlu redaksiyamıza zəng vurub deyir ki, H.Əliyev fondunun Ərçivanda tikdiyi 2 saylı məktəbdə istilik sistemi yerli-dibli quraşdırılmayıb; məktəbin damı isə damır. Yeni il buraxılışından sonra uşaqlar üç gün uzadılmış tətili də bitirib məktəbə gediblər, ancaq müəllimləri deyib ki, balalar, qayıdın gedin evinizə, bu buzxanada otursanız, donarsız. Vaqif bəyin oğlu Xalid də telefonda bu məlumatı təsdiqləyir.
Davamı...Açar sözlər:
(hekayə)
Adam, ilboyu ən çalışqan, ən intizamlı işçi olmuşdu; lap barmaqla göstərilən biriydi; və buna görə mükafat alacağını, iş yerinin hesabına ən bahalı sanatoriyalardan birində pulsuz istirahətə göndəriləcəyini hələ on beş gün irəlicədən bilirdi. Hər şey bir yana, bu sanatoriya məsələsinə işdə qibtə eləməyən tapılmazdı.
Davamı...
Açar sözlər:
SÖZ....
esse-1
Deyir, hər şeyin başı sözdü. Di gəl, sözü də başlamaq lazımdı axı! Başlamasan, olmur, heç "heç nə" də olmur. Deməli, hər şeyin başı başlamaqdı.
Davamı...Açar sözlər:
Qabaqki yazılar
« Əvvəlki səhifə Yazıların cəmi: 25
Sonrakı səhifə »

