"HƏR SABAH YAŞAM" - ARTIQ SATIŞDA::::::::::::şərti qiymət - 3 MANAT. ƏLAQƏ TELEFONU: 050 597 05 75.. İÇ-İÇƏ - içi olanların EVİ
Reklam verin!
Azad Soz - Azad ruh

45 "İLİN ADAMI"

 

Ötən köhnə ildə "yeni il"lə bağlı son yazımda yazmışdım:

"Artıq 38 ildi ki, bu ölkəyə yeni il gəlmir. İlləri işarələyən iri rəqəmlər də sayğac göstəricisi olmaqdan artıq bir şey deyil. Bu rəqəmlərin heç birinin adı nə Yeni ildi, nə Təzə il - uzaq başı təzə sayğac rəqəmidi.

Bu illərin heç biri bizlərin olmayıb. Bu illər bir ailənin illəridi".

Bütövlükdə götürəndə Allah kəssin belə ili, belə illəri. Əgər günümüz İT GÜNÜdüsə, deməli ilimiz də siçan-miçan ili deyil, İt ilidi ki, it ili. Artıq 38-ci ildi, bu ölkəyə yalnız İt ili gəlir. Yadıma Günter Qrassın "İt illəri" romanı düşdü...

Davamı...

Açar sözlər: ilin-adamı 

Yazar: PARVİZ | Tarix: Fevral 10, 2008 17:43 Yazını "XəbərNamə"yə göndər! | Publisistika | Şərhlər(5) | Baxış sayı: 206

 Düzü, Müsavat qəzetindən o çağırış xəbərini oxuyanda mən bir balaca təəccübləndim. Ancaq hamının təəccübləndiyinə yox ki, ay bu deməkdi, ay bu xəyanətdi, ay bu flandı-beşməkandı. Yox məni sadəcə öz informasiyasızlığım heyrətləndirdi - özün qəzetçi ola-ola dünyadan bu qədər bixəbər olasan, bu, heç yaraşan şey deyil. O kişi demişkən, ayıb deyilmi? Açığı bu xəbər çıxana qədər mən elə bilirdim ki, Müsavatla hökumətin dialoqu xeyli əvvəldə olub, yəni əcəba, bəs bu dialoqdu belə tər-təzə?.. Sonra anlaşıldı ki, yox indiyəcənki dialoq təklifləri baş tutmayıb, indi başqan özü dialoq təklif eləyir - hətta 4-, 5-ci adam səviyyəsində dialoqa da razıdı. Hökumət özünü naza qoyur, bir növ demək istəyir ki, a balam, biz bəylərnən plov yemirik, vəssalam, şüddtəmam. Davamı...

Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Fevral 7, 2008 22:27 Yazını "XəbərNamə"yə göndər! | Publisistika | Şərhlər(0) | Baxış sayı: 121

PƏRVİZ

AĞ BAYRAQ

(Kilkə - 7)

I KAĞIZ

Əyilib boğazını irəli uzatdı, ağzındakı siqareti qaz piltəsində alışdırdı. Qaz cızıldayıb söndü. "İndi də burdan dammağa başladı", - deyib, diqətlə tavana baxdı. Heç nə sezmədi. Key-key "çırt" eləyib küçəyə çıxdı. Siqaretə təzə bir qullab vuranda ağzına suda söndürülmüş siqaret tamı gəldi, öyüdü, siqaretin tamam islanıb ovulduğunu gördü. Kötüyünü barmaqlarının arasına qoyub havaya sıxdı. Əlini cibinə saldı. Yenicə açdığı qutu da islanmışdı. Təəccübləndi.

Davamı...

Açar sözlər: kilke-ag bayraq 

Yazar: PARVİZ | Tarix: Fevral 6, 2008 12:07 Yazını "XəbərNamə"yə göndər! | proza | Şərhlər(1) | Baxış sayı: 137

(Toyxana xalq mahnısından)

Allaha min şükrlər olsun ki, Qarabağ problemini həll eləyib qurtardıq. Məsələ o qədər uğurla həllini tapdı ki, nəinki torpaqlarımızdan bir qarış ermənilərə verdik, hətta ermənilərdən artıq torpaqlar da əldə elədik.

Uğurumuz elə bir ruh yüksəkliyi, elə bir özünəinam yaratdı ki, bizlər bəxtimiz tam ayılıb ayaq üstə durmuşkən bəzi köhnə səhvləri aradan qaldırmaq xəyalına düşdük. əcəb elədik. Necə deyərlər, bir gördün bəxtimizi yenə yuxu tutdu bir neçə yüz il sonra ayıla, Allah bilir.

Davamı...

Açar sözlər: pərviz 

Yazar: PARVİZ | Tarix: Fevral 4, 2008 23:16 Yazını "XəbərNamə"yə göndər! | Publisistika | Şərhlər(3) | Baxış sayı: 216

 Ötən yazılarımın birində “Azərbaycanda sevinmək” haqqında yazmışdım. Bu dəfə bir az da irəli gedib “heyrətlənmək”lə bağlı fikirlərimi bölüşmək istəyirəm.

 

Davamı...

Açar sözlər: heyrət 

Yazar: PARVİZ | Tarix: Fevral 3, 2008 14:16 Yazını "XəbərNamə"yə göndər! | Publisistika | Şərhlər(0) | Baxış sayı: 200

Külək əsir.

Hava lüm-lüt,

əsir-yesir;

keçənləri xatırladır

mənə bir-bir.

 

Adicə qış gecəsidi...

Keçən-keçib,

heç nə olmayıb sən demə...

 

Görən,

ayın neçəsidi...

Davamı...

Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Fevral 1, 2008 23:04 Yazını "XəbərNamə"yə göndər! | poeziya | Şərhlər(1) | Baxış sayı: 181

Bu dünyaya gələn adam

özgəsində ölüb gəlir.

Bir gün yenə əzəl yurda

dönməyini bilib gəlir.

Bu nə sirdi, nə yazıdı,

bu gələ-gedə razıdı...

Vücud ruhun libasıdı,

İlahidən alıb gəlir.

"O yer"də uyuduq bəlkə,

bu dünya yuxudu bəlkə...

Yoxsa çox şey, çox hərəkət

nədən bizə "olub" gəlir?..

Davamı...

Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Fevral 1, 2008 22:55 Yazını "XəbərNamə"yə göndər! | poeziya | Şərhlər(0) | Baxış sayı: 109

SÜMÜYÜMƏ DÜŞƏN HAVA

Başımı geyindim

ayağıma başmaq kimi,

düşdüm çölün canına

mən dəli axmaq kimi.

Bir çobanın tütəyindən

sümüyümə hava düşdü -

hava nə hava...

Havanı oynamaq üstdə

kənddə bir dava düşdü,

dava nə dava...

Davamı...

Açar sözlər:

Yazar: PARVİZ | Tarix: Fevral 1, 2008 21:57 Yazını "XəbərNamə"yə göndər! | poeziya | Şərhlər(0) | Baxış sayı: 177

Qabaqki yazılar

- Yazını "XəbərNamə"yə göndər! ">tərcümə
- Yazını "XəbərNamə"yə göndər! ">HƏSRƏT BANKI
- Yazını "XəbərNamə"yə göndər! ">etiraf-tövbə
- Yazını "XəbərNamə"yə göndər! ">isti-isti - qaralama
- Yazını "XəbərNamə"yə göndər! ">ANIM
« Əvvəlki səhifə   Yazıların cəmi: 16