Azad Soz - Azad ruh
(esse-3)
Sənə yenə də cavab yox, DƏRD yazıram...
Kədərin xeyir, qardaş! Ağrıların-acıların necədi? Səni yenicə qədəm basdığımız QƏM (1999) münasibətilə ürəkdən təbrik edirəm. Mənə yazdığın EŞQİ də həmin QƏM gecəsi QƏM süfrəsi başında oturanda ƏVVƏLİM (atam) mənə verdi və vəfasızlıqda xeyli suçlandırdı.
Davamı...Açar sözlər:
SÖZ...
(ESSE)
Madam ki, "başlamaq"la başladım, deməli, başlamağa başlamışam və bu da o deməkdi ki, nəsə davam eləməlidi.
İş ondadı ki, biz ya başlayırıq, ya qurtarırıq. Bizdə bu iki əməlin arasında əməl olmur, əməlsizlik olur. Məsələn... Qoy bu məsələni qoyum bir qırağa, qət-təzə başlamaqdan laf edim.
Davamı...Açar sözlər:
"O"
(Kilkə - 5)
...Polis yanındakılara: "Dayanın, heç kim içəri keçməsin!" - dedi, suyu şappıldada-şappıldada özü keçdi. İçəri zülmət idi; əllərini divara sürtə-sürtə, peşəsinin yiyəsi kimi, ehtiyatla, səssizcə irəliləyirdi. Gəl ki, çəkmələri suyla dolmuşdu və addım atdıqca ayaqları çəkmələrinin içində fırçıltı salıb sükutu pozurdu. Bütün işıq düymələrini tapıb əlləşdirdi, yananı olmadı. Lampalar zay olmuşdu. Ayağı ilişib yıxıldı və suya uzanmışın düz qucağına düşdü. Uzananın ımıldanmadığını görüb, qulağını döşünə söykədi. Ürəyinə qulaq asdı. "Boğulub", - dedi öz-özünə, qayıdıb qapının ağzında gözləyənlərdən gözü aldığı, "ləçər" - deyib qışqıran qadının qolundan yapışıb şahid kimi içəri çəkdi. Obirilərinə "Dağılışın!" əmrini verdi. Şahid qadının ərindən kibrit alıb: - Sən burda gözlə, - dedi.
Davamı...Açar sözlər:
(hekayə)
Adam, ilboyu ən çalışqan, ən intizamlı işçi olmuşdu; lap barmaqla göstərilən biriydi; və buna görə mükafat alacağını, iş yerinin hesabına ən bahalı sanatoriyalardan birində pulsuz istirahətə göndəriləcəyini hələ on beş gün irəlicədən bilirdi. Hər şey bir yana, bu sanatoriya məsələsinə işdə qibtə eləməyən tapılmazdı.
Davamı...
Açar sözlər:
SÖZ....
esse-1
Deyir, hər şeyin başı sözdü. Di gəl, sözü də başlamaq lazımdı axı! Başlamasan, olmur, heç "heç nə" də olmur. Deməli, hər şeyin başı başlamaqdı.
Davamı...Açar sözlər:
(novella)
Evinizdən çıxıb aküçəylə gedirsiz. Haraya gedəcəyiniz hələ özünüzə də bəlli deyil. Ama inamlı addımlarla, yolunuzda bir qarış sağa-sola sapmadan irəliləyirsiz. Arabir hiss eləyirsiz ki, sanki kimsə sizi qarabaqara izləyir. Hətta bir neçə kərə o, sizinlə üzbəüz də gəlib üzünüzə ötəri, di gəl ağır bir nəzər salıb ötür. Fərqinə varsanız da, içinizdən gizilti keçmir. Adamın dörd ayrı səmtdən rastınıza çıxması şübhələrinizin üstündən qələm çəkir.
Davamı...Açar sözlər:
Qabaqki yazılar
« Əvvəlki səhifə Yazıların cəmi: 14


